Page 7 - 2-ci cild
P. 7
Ñþçöí ñÿùíÿ þìðö
yanğısıyla yanaşır, oğlunu pis yoldan çəkindirir. Komediyada sosial
dram elementləri qabarıq görünür. Bəli, insan müharibə şəraitində
mənliyini itirir, amma müharibənin özüylə gətirdiyi fəlakətləri görüb
dərk etdikcə ona qarşı çıxmaq üçün daha da güclü olur.
Dünya şöhrətli yazıçı-dramaturq Vitold Qombroviç (1904–1969)
Polşanın Opatuv bölgəsinin Maloşiçe kəndində doğularaq, ən kiçiyi
olduğu dörd övladdan ibarət imkanlı ailədə boya-başa çatıb. 1911-ci
ildə ailə Varşavaya köçüb. Gimnaziyanı bitirdikdən sonra o,
Varşavada hüquqşünaslıq, Parisdə isə fəlsəfə və iqtisadiyyat sahələri
üzrə təhsil alıb.
1933-cü ildə dərc etdirdiyi “Yetkinlik dövrünün memuarları” adlı
hekayələr toplusu tənqidçilər tərəfindən soyuq qarşılanıb. Ardınca
işıq üzü görən “Ferdidurka” povesti isə kifayət qədər əks-sədaya
səbəb olub. O, faşist ordusunun Polşaya girməsindən bir neçə gün
əvvəl Argentinaya yollanaraq Buenos-Ayresin banklarından birində
çalışıb.
İkinci Dünya müharibəsindən sonra sosialist Polşasına qayıtma-
maq qərarına gəlib. 1950-ci illərin ortalarına qədər vətənində
əsərlərinin çapı qadağan olunub. 1953-cü ildə polyak dilində qısa
esselər yazmağa başlayıb və sonralar bu qeydlər “Gündəlik” adlı
üçcildlikdə toplanıb. “Gündəlik” Polşada yalnız 1986-cı ildə işıq üzü
görüb. 1960-cı illərdə əsərlərinin xarici dillərə tərcümə olunması və
pyeslərinin səhnələşdirilməsi müəllifə dünya şöhrəti gətirib.
Yazıçı, həyatının son illərini Parisdə yaşayıb və 1969-cu ildə
astma xəstəliyindən vəfat edib. Yazıçının “Pornoqrafiya”, “Kosmos”
romanları dünyanın əksər dillərinə tərcümə olunub.
Kitabda təqdim etdiyimiz “Burqundiya şahzadəsi İvonna” pyesi
də dəfələrlə dünyanın müxtəlif şəhərlərində səhnəyə qoyulub. Qeyd
edək ki, bu pyesə İnqmar Berqman, Alf Şyöberq, Xorxe Lavelli kimi
böyük rejissorlar müraciət ediblər.
Almandilli ədəbiyyatın görkəmli nümayəndələrindən sayılan
Maks Friş (1911–1991) İsveçrənin Sürix şəhərində anadan olub.
Gənclik illərində doğulduğu şəhərdə memarlıq təhsili alaraq bir neçə
il memar kimi fəaliyyət göstərib. “Ştiller” romanının böyük uğurun-
dan sonra isə seçimini ədəbiyyat üzərində qətiləşdirib və özünü
yazıçılığa həsr edib.
7