Page 5 - 2-ci cild
P. 5
Sözün səhnə ömrü
Bəşəriyyətin təxminən son yüz əlli ilini sürət dövrü adlandırırlar.
Və bu sürət elm, texnikadan tutmuş, insanın gündəlik həyatında baş
verən ən xırda məqamlaracan hər yerdə və hər şeydə özünü göstərir.
Bir halda ki, söhbət insan həyatından gedir, demək, bu sürət məf-
humu, missiyası məhz insanın yaşantılarını zamanın yaddaşına
köçürmək olan incəsənətə də təsirsiz ötüşə bilməzdi. O cümlədən
teatr səhnəsi də həyatın bu mənzərəsi ilə ayaqlaşmalı oldu. Bu
mənada dünya dramaturgiyası və ümumilikdə teatr son yüz əlli ildə
daha çox yeni cərəyanlar, yeni yanaşmalar, yeni yozumlar,
eksperimentlərlə əlamətdardır. Belə ki, tələbat dəyişmişdi və dra-
maturqlar artıq “hər dəqiqəsi qızıl olan” tamaşaçını teatra cəlb
etmək üçün yeni yollar axtarışındaydılar. Əgər XIX əsrin ortalarında
ənənəvi teatr hələ də öz mövqeyini qorumaq iqtidarındaydısa, artıq
əsrin sonlarında buna cəhd belə etmirdi. Hətta ənənəvi pyeslər özləri
belə, tamaşaçıya artıq yenidən işlənilərək tamamilə başqa yozum-
larda təqdim olunurdu. Çünki, necə deyərlər, səhnənin yaşaması
üçün tamaşaçının teatrın “ayağına gəldiyi” kimi, teatr da
tamaşaçının “ayağına getməli” idi…
Bu cildi tərtib edərkən də məhz pyeslərin mövzu, süjet, cərəyan,
üslub və s. baxımdan rəngarəng olmasını nəzərə aldıq…
Görkəmli Norveç dramaturqu, yeni Avropa dramının banilərin-
dən olan Henrik İbsen 1828-ci ildə Norveçin Şien şəhərində anadan
olub. Skandinaviya folkloru əsasında yazılan və yerli teatrda tama-
şaya qoyulan “Sulxauqda ziyafət” (1856) pyesi onu bütün ölkədə
tanıdıb.
Yeni bədii formalar axtarışı ilə yazıçı 1864-cü ildə vətənini tərk
edib əvvəlcə Romada, sonra Drezden və Münhendə iyirmi beş il
yaşayıb. “Brand” (1866) və fəlsəfi-simvolik “Per-Qunt” (1867) dramı
onu Avropada məşhurlaşdırıb.
“Cəmiyyətin əsasları” (1877), “Oyuncaq ev” (1879), “Kabus”
(1881), “Vəhşi ördək” (1884) pyesləri Henrik İbseni bir dramaturq
kimi bütün dünyaya tanıdıb. Bu pyeslərdə həyatın kəskin sosial
gerçəklikləri əks olunub. Ancaq 1880-ci illərdən sonra onun
əsərlərində simvolik və psixoloji çalarlar üstünlük təşkil etməyə
başlayıb.
5