Page 19 - 2-ci cild
P. 19
Henrik Èásen
indi yuxarıda divanda uzanıb dincəlir… Niyə dayanmısız, buyu-
rub əyləşin, əziz pastor.
Pastor Manders. Minnətdaram. Deməli, indi başlamağımızı
istəyirsiz?..
Fru Alvinq. Hə, hə. (Stolun kənarında əyləşir.)
Pastor Manders. Yaxşı… İndi öz işimizə keçək. (Qovluğu
açıb oradan kağızları çıxarır.) Görürsüz?..
Fru Alvinq. Sənədlərdi?..
Pastor Manders. Hamısı buradadı. Hər şey qaydasındadı.
(Kağızları vərəqləyir.) Bu, sizin malikanəni ianə etməyiniz haqda
imzalanmış qərar. Bu, fondun təsisi haqda qərar və təzə yetim-
xananın təsdiq edilmiş nizamnaməsi. Görürsüz? (Oxuyur.) “Kapitan
Alvinqin xatirəsinə yaradılmış yetimxananın nizamnaməsi.”
Fru Alvinq (kağıza bir xeyli baxır). Axır ki!
Pastor Manders. Mən kamerger yox, kapitan rütbəsini
seçdim. Kapitan daha sadə səslənir.
Fru Alvinq. Hə, hə, siz daha yaxşı bilərsiz.
Pastor Manders. Bu da əmanət kassasının kitabçası, oradakı
pulun faizi yetimxananın saxlanmasına xərclənəcək…
Fru Alvinq. Minnətdaram. Ancaq zəhmət olmasa, onu
özünüzdə saxlayın, belə rahat olar.
Pastor Manders. Çox yaxşı. Faiz dərəcəsi, əlbəttə, elə də
cəlbedici deyil, vur-tut dörd faizdi. Ancaq sonra qiymətli kağızla
yaxşı borc vermək mümkün olsa, onda ətraflı danışarıq.
Fru Alvinq. Hə, hə, əziz pastor Manders, siz bunları daha
yaxşı başa düşürsüz.
Pastor Manders. Mən, hər halda, axtaracam. Ancaq sizdən
çoxdan soruşmaq istədiyim bir şey də var.
Fru Alvinq. Nədi belə?
Pastor Manders. Yetimxananı sığorta eləyək, ya yox?
Fru Alvinq. Əlbəttə, sığortalayaq.
Pastor Manders. Bir az səbir eləyin. Gəlin məsələni yaxşı-
yaxşı müzakirə eləyək.
19