Page 23 - 2-ci cild
P. 23
Henrik Èásen
Fru Alvinq. Onun necə ata olduğunu mən yaxşı bilirəm.
Yox, əgər məndən asılı olsa, qız heç vaxt onun yanına qayıtmayacaq.
Pastor Manders (ayağa qalxaraq). Belə həyacanlanmayın,
əziz fru Alvinq. Doğrusu, təəssüf ki, siz dülgər Enqstran haqqında
belə pis fikirdəsiz. Siz elə bil bir az qorxduz da…
Fru Alvinq (sakit halda). Nə olur-olsun, mən Reginanı öz
yanıma götürmüşəm, mənim yanımda da qalacaq. (Nəyəsə qulaq
kəsilir.) Sss… kifayətdi, əziz pastor Manders, bu haqda daha
danışmayaq. (Çöhrəsindən sevinc yağır.) Eşidirsiz? Osvald
pilləkənlə düşür. İndi yalnız onunla məşğul olaq!
Dördüncü şəkil
Osvald Alvinq əynində yüngül palto, əlində şlyapa, penkadan
düzəldilmiş uzun tənbəki çubuğu çəkə-çəkə sol qapıdan daxil
olur.
Osvald (astanada dayanır). Bağışlayın, mən elə bildim, siz
kontordasız. (Yaxınlaşır.) Salam, cənab pastor!
Pastor Manders (heyrətlə). A!.. Təəccüblüdü!..
Fru Alvinq. Hə, onun haqqında nə deyə bilərsiz, pastor
Manders?
Pastor Manders. Mən deyərəm… deyərəm ki… Yox,
doğrudanmı odur?..
Osvald. Bəli, bəli, sizin qarşınızdakı, həqiqətən də, həmin
fərsiz oğuldu, cənab pastor.
Pastor Manders. Amma mənim əziz gənc dostum…
Osvald. Əlavə edək: evə qayıtmış.
Fru Alvinq. Osvald onun rəssam olmaq istəyinə qarşı
çıxdığınız vaxta eyham vurur.
Pastor Manders. İnsan çox şeyə şübhə eləyə bilər, ancaq
sonra… (Osvaldın əlini sıxır.) Xoş gəlmisiz, xoş gəlmisiz! Ancaq,
əziz Osvald… Sizi sadəcə belə çağırmağımdan incimirsiz ki?
23