Page 33 - 2-ci cild
P. 33
Henrik Èásen

kim inanardı? O, elə adamlardandı ki, nə eləsə də, heç kimin
gözündən düşməz. Hə, Manders, siz qalanını da bilməlisiz…
Sonra lap iyrənclik elədi.

Pastor Manders. Əvvəlkilərdən də iyrənc?
Fru Alvinq. Evdən kənarda nələr baş verdiyini gözəl bilsəm
də, mən əvvəl-əvvəl buna barmaqarası baxırdım. Həmin biabırçılıq
bu dörd divarın arasına gəlib çıxanda…
Pastor Manders. Siz nə danışırsız! Lap elə bura?
Fru Alvinq. Bəli, bura, bizim öz evimizə. Bax, orada
(barmağıyla sağdakı birinci qapını göstərir), yemək otağında ilk
dəfə bundan xəbər tutdum. Ora nə üçünsə getmişdim, qapını açıq
qoydum. Birdən ev qulluqçusunun gülləri sulamaq üçün bağdan
şüşəbəndə girdiyini gördüm…
Pastor Manders. Bəs sonra?..
Fru Alvinq. Bir az keçmiş Alvinqin də oraya girib astadan
ona nəsə dediyini eşitdim və birdən… (Əsəbi gülüş.) Ah, bu
sözlər – həm ürəkparçalayan, eyni zamanda çox mənasız olan
həmin sözlər hələ də qulaqlarımda səslənir!.. Ev qulluqçusunun
pıçıltısını eşitdim: “Buraxın məni, cənab kamerger, di buraxın!”
Pastor Manders. Necə yolverilməz bir yüngüllük! Yüngül-
lükdən başqa bir şey deyil, fru Alvinq. İnanın!
Fru Alvinq. Tezliklə nəyə inanmaq lazım olduğunu bildim.
Kamerger öz istədiyini, hər halda, qızdan ala bildi… Və bu əlaqə
nəticəsiz qalmadı, pastor Manders.
Pastor Manders (çaşqın halda). Hamısı da bu evdə baş
verib?!
Fru Alvinq. Mən bu evdə çox şeylərə dözmüşəm. Onu
axşamlar evdə saxlamaq üçün… gecələr də ona yoldaşlıq etmişəm,
yuxarıdakı otaqda gizli içki məclislərində iştirak eləməli olmuşam…
İkilikdə oturub badə toqquşdurmuşam, içmişəm, ədəbsiz, əlaqəsiz
naqqallığına qulaq asmışam, sonra da onu yatağına uzatmaq
üçün az qala dalaşmışam…
Pastor Manders (heyrətlə). Bütün bunlara dözə bilmisiniz!
Fru Alvinq. Bütün bunlara öz oğlumun xətrinə dözmüşəm.

33
   28   29   30   31   32   33   34   35   36   37   38