Page 37 - 2-ci cild
P. 37
Henrik Èásen

Fru Alvinq. Gəz, gəz, yağış da kəsib. (Yemək otağının
qapısını örtür, dəhlizə açılan qapıya tərəf gedib çağırır.) Regina!

Regina (dəhlizdən). Nə buyurursuz?
Fru Alvinq. Paltar ütülənən otağa get, əklillərin düzəldilməsinə
kömək elə.
Regina. Oldu, xanım.

Reginanın getdiyinə əmin olandan sonra fru Alvinq öz
arxasınca qapını örtür.

Pastor Manders. Ümid edirəm ki, Osvald bizi eşitməz.
Fru Alvinq. Əgər qapı örtülüdürsə, eşitməz. O, indicə gedə-
cək.
Pastor Manders. Mən hələ də özümə gələ bilmirəm. Nə
qədər dadlı olsa da, heç bilmirəm, yemək boğazımdan necə keç-
di.
Fru Alvinq (həyəcanını boğaraq gəzişir). Mən də. Bəs indi
necə edək?
Pastor Manders. Hə, necə edək? Doğrusu, bilmirəm. Belə
işlərdə mənim təcrübəm yoxdur.
Fru Alvinq. Əminəm ki, hələ fəlakət baş verməyib.
Pastor Manders. Yox, Allah eləməsin! Ancaq hər halda,
ədəbsiz yanaşma göz qabağındadır.
Fru Alvinq. Əmin olun ki, bu, Osvald tərəfindən vur-tut
ədəbsiz hərəkətdir.
Pastor Manders. Təkrar eləyirəm, belə şeylərdə mənim
təcrübəm yoxdur, ancaq hər halda, mənə elə gəlir…
Fru Alvinq. Qızı, əlbəttə, evdən uzaqlaşdırmaq lazımdır.
Özü də təcili. Bu, gün kimi aydındı…
Pastor Manders. Şübhəsiz.
Fru Alvinq. Ancaq hara? Axı haqqımız yoxdur ki…
Pastor Manders. Hara? Təbii ki, evə, atasının yanına.
Fru Alvinq. Kimin yanına deyirsiz?
Pastor Manders. Atasının… Hə, axı Enqstran onun… Ancaq,
ilahi, bu mümkün olan işdimi? Siz səhv etmirsiz ki?

37
   32   33   34   35   36   37   38   39   40   41   42