Page 43 - 2-ci cild
P. 43
Henrik Èásen
Fru Alvinq. Bu, hər ikimizə qarşı cinayətdi.
Pastor Manders. Dəli kimi yanıma gəlib: “Mən səninəm”, –
qışqıranda, “öz qanuni ərinizin yanına qayıdın” deməyim cinayətdi?
Bunu cinayət adlandırırsız?
Fru Alvinq. Bəli, mənə elə gəlir.
Pastor Manders. Biz bir-birimizi başa düşmürük.
Fru Alvinq. Başa düşmək istəmirik.
Pastor Manders. Heç vaxt… heç vaxt sizə başqa gözlə
baxmamışam, ən məhrəm fikirlərimdə belə, siz mənim üçün
ancaq başqasının arvadı olmusuz.
Fru Alvinq. Doğrudan?
Pastor Manders. Elen!..
Fru Alvinq. İnsan hər şeyi çox tez unudur.
Pastor Manders. Bu, mənə aid deyil. Mən həmişə olduğum
kimiyəm.
Fru Alvinq (səsinin tonunu dəyişir). Hə, hə, hə, daha keçmişi
qurdalamayaq. Sizin indi başınız komissiyalara, iclaslara qarışıb,
mən isə buralarda dolaşıb, içimdəki və ətrafımdakı kabuslarla
vuruşuram.
Pastor Manders. Ətrafdakı kabusları qovmaqda sizə kömək
eləyərəm. Bu gün sizdən eşitdiyim dəhşətlərdən sonra təcrübəsiz
gənc bir qızın sizin evdə qalmasına rahat baxa bilmərəm.
Fru Alvinq. Onu harasa düzəltmək daha yaxşı olmazmı?
Daha doğrusu, yaxşı bir adama ərə verərdik.
Pastor Manders. Əlbəttə. Məncə, bu, onun üçün hər mənada
yaxşı olardı. Regina elə yaşdadı ki… Doğrusu, mən belə məsələ-
lərdə təcrübəsizəm, ancaq…
Fru Alvinq. Regina tez yetişib.
Pastor Manders. Doğrudan? Onu konfirmasiyaya hazırlamaq
yadıma gəlir, fiziki cəhətdən artıq son dərəcə inkişaf etmişdi.
Hələlik isə onu atasının nəzarəti altına göndərmək lazımdı… Ay,
Enqstran axı… Gör məni necə aldadıb!
43