Page 49 - 2-ci cild
P. 49
Henrik Èásen
Rəhmətlik İohannanın qızıdı, ancaq elə bil ürəyimin bir parçasıdı.
Bəli, elədi. (Təzim edib dəhlizə tərəf gedir.)
Üçüncü şəkil
Pastor Manders. Nə deyə bilərsiz, fru Alvinq? Məsələ bam-
başqa şəkil aldı.
Fru Alvinq. Hə, doğrudan da.
Pastor Manders. Görürsüz də, yaxın adamı mühakimə
eləyəndə ehtiyatlı olmaq lazımdı. Ancaq öz səhvini başa düşmək
də xoşdu. Nə deyə bilərsiz?
Fru Alvinq. Onu deyə bilərəm ki, siz böyük uşaqsız, uşaq
olaraq da qalacaqsız, Manders.
Pastor Manders. Mən?
Fru Alvinq (əllərini onun çiyninə qoyur). Bir də onu deyim
ki, ürəyimdən sizi qucaqlamaq keçir.
Pastor Manders (tez geri çəkilir). Yox, yox, Allah köməyiniz
olsun… belə istək…
Fru Alvinq (gülümsəyir). Yaxşı, yaxşı, qorxmayın.
Pastor Manders (stolun yanından). Sizin hərdən bu cür
mübaliğəynən danışmaq tərziniz var. İndi hər şeydən əvvəl bütün
kağızları çantama yığım. (Kağızları yığır.) Bax belə. Hələlik.
Osvald gələndə hər ikisində gözünüz olsun. Sonra yenə sizə
dəyəcəyəm. (Şlyapasını götürüb dəhlizə tərəf gedir.)
Dördüncü şəkil
Fru Alvinq (dərindən nəfəs alır, pəncərədən baxır, otaqda
nələrisə yığışdırır, sonra yemək otağının qapısını açıb içəri
keçmək istəyir, ancaq kandarda sarsılmış halda dayanır). Osvald,
hələ də süfrə arxasındasan?
Osvald (yemək otağından). Siqarı çəkib qurtarmaq istəyirdim.
Fru Alvinq. Elə bilirdim, çoxdan gəzməyə getmisən.
49