Page 55 - 2-ci cild
P. 55
Henrik Èásen

Beşinci şəkil

Regina. Zəngi çalmışdız, xanım?
Fru Alvinq. Hə, bura lampa lazımdır.
Regina. Bu saat. İndi yandıraram. (Gedir.)
Fru Alvinq (Osvalda yaxınlaşır). Osvald, məndən heç nə
gizlətmə.
Osvald. Gizlətmirəm, ana. (Stola tərəf gedir.) Deyəsən, artıq
kifayət qədər danışmışam.

Regina yandırılmış lampanı gətirib stola qoyur.

Fru Alvinq. Regina, bizə yarım şüşə şampan gətir.
Regina. Baş üstə, xanım. (Gedir.)
Osvald (anasının başını qucaqlayır). Bax belə. Bilirdim ki,
anam məni yanğıdan əziyyət çəkməyə qoymaz.
Fru Alvinq. Hə, mənim zavallı, əziz oğlum. Məgər səndən
nəyisə əsirgəyə bilərəm?
Osvald (həyəcanla). Bunu doğru deyirsən, ana? Bunu ciddi
deyirsən?
Fru Alvinq. Məhz nəyi?
Osvald. Məndən heç nəyi əsirgəməzsən.
Fru Alvinq. Ancaq, əziz Osvald…
Osvald. Sss!
Regina (məcməyidə yarım şüşə şampan və iki qədəh gətirib
stola qoyur). Açım?
Osvald. Yox, sağ ol, özüm açaram.

Regina gedir.

Altıncı şəkil

Fru Alvinq (süfrə arxasında oturur). Məndən heç nəyi
əsirgəməzsən deyəndə, nəyi nəzərdə tuturdun?

55
   50   51   52   53   54   55   56   57   58   59   60