Page 61 - 2-ci cild
P. 61
Henrik Èásen

Pastor Manders (onu yenicə görür). Nə?.. Burada, əlində də
qədəh!

Regina (tez qədəhi stola qoyur). Pardon!
Osvald. Regina mənimlə gedəcək, cənab pastor.
Pastor Manders. Gedir? Sizinlə?!
Osvald. Bəli, əgər istəsə, arvadım olaraq.
Pastor Manders. Allah özü rəhm eləsin!..
Regina. Bu, mənim fikrim deyil, cənab pastor.
Osvald. Əgər mən qalsam, o da burada qalacaq.
Regina (qeyri-ixtiyari). Burada?
Pastor Manders. Mən mat qalmışam, fru Alvinq!
Fru Alvinq. Heç biri olmayacaq. Mən indi həqiqəti aça
bilərəm.
Pastor Manders. Axı, əslində, siz istəmirsiz!.. Yox, yox,
yox!
Fru Alvinq. Hə. Mən deyə bilərəm və istəyirəm. Heç bir
ideal da buna görə məhv olmayacaq.
Osvald. Ana, siz məndən nəsə gizlədirsiz?
Regina (qulaq asır). Xanım! Eşidirsiz? Camaat qışqırır!
(Şüşəbəndə gedib pəncərədən baxır.)
Osvald (soldakı pəncərəyə tərəf gedir). Nə olub? Bu işıq
hardan gəlir?
Regina (qışqırır). Yetimxana yanır!
Fru Alvinq (pəncərəyə tərəf atılır). Yanır?!
Pastor Manders. Yanır? Ola bilməz! Mən indicə oradan
gəlirəm.
Osvald. Mənim şlyapam hanı? Əşi, cəhənnəm olsun… Atamın
yetimxanası!.. (Şüşəbənddən keçib bağa qaçır.)
Fru Alvinq. Mənim şalımı ver, Regina! Bütün bina alışıb!..
Pastor Manders. Dəhşətdi!.. Fru Alvinq, bu, hərc-mərclik
və nifaq düşmüş ailəyə çıxarılan hökmdür!
Fru Alvinq. Hə, hə, əlbəttə. Gedək, Regina. (Reginayla
birlikdə tələsik şüşəbənddən keçib gedir.)

61
   56   57   58   59   60   61   62   63   64   65   66