Page 81 - 2-ci cild
P. 81
Arman Salakru

Knyaz. Mənim müdaxiləm, təəssüf ki, sizə yalnız qısa nəfəs
dərmək imkanı yaradır. Polis müfəttişi sizin evinizdə bir gecəsini
keçirməyə razılıq verdi, amma səhər açılan kimi, o, aldığı əmri
icra edəcək. O, başqa cür edə bilməz.

Knyaginya. Amma axı, Bobo, o, sizə etiraz etməz. (Ortansa.)
Bir biləydiniz ki, knyaz rütbəsi polislərə necə təsir edir. Onlar elə
snobdurlar1 ki.

Soldan-sağa: knyaz, sonra öz kreslosunda tək-tənha oturub
qalan baba, sonra balaca stolun yanında Adolf, ondan bir qədər
arxada vikont. Sağda qadınlardır. Viktor irəli-geri var-gəl edir.

Viktor (tərəddüdlə). Adolf, biz qərarı necə qəbul edəcəyik?
Gizli səsverməylə?

Baba. Mən etiraz edirəm. Mən, ümumiyyətlə, hər cür
səsvermənin əleyhinəyəm. Qanuni gücə malik olması üçün ailə
məşvərəti mənim sədrliyim altında olmalıdır. Bundan əlavə,
bizim ailənin üzvü olmayanlar…

Vikont. Mən buradan qeyb olmaq arzusunda…
Adolf (əvvəlcə knyaza müraciətlə). Viktor, Şarl Oqüst Kazett
birisigün özünün Mari-Blanşla izdivacını bayram etməliydi.
Məclis qərar çıxarandan sonra bu izdivaca razı olub-olmadığını
Vikont özü deyəcək. Amma bir halda ki başımıza gələn bu
qəzavü-qədəri bizimlə eyni vaxtda onun da bilməsi alnımıza
yazılıbsa...
Knyaginya. Əgər polis dilindən qaçırmasaydı, siz bizə heç
nə deyən deyildiniz. Əgər Bobo xəbər tutmasaydı, babanı “qara
maşında” aparacaqdılar, siz də bizə bəyan edəcəkdiniz ki, bəs
onun başı ağrıyır.
Baba. Mənim, doğrudan da, başım ağrıyır.
Adolf. Biz gərək bir ölçü götürək və hamımızın daşıdığımız
Lenuarlar soyadını ləkələnməyə qoymayaq.

1snob – aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid etməyə
çalışan və digər şeylərə xor baxan adam

81
   76   77   78   79   80   81   82   83   84   85   86