Page 85 - 2-ci cild
P. 85
Arman Salakru
Knyaginya. Mən dəli-zad olmamışam! (O birilərə.) Digər
elmlərdən savayı, o, həm də folkloru öyrənir. Mən də ümid
edirdim ki, onu normand ruhunda olan bir nikah mərasimiylə
əyləndirəcəyəm. Belə bir ailə mərasimindən sonra Bobo əla
əhvali-ruhiyyədə olardı, ən azı avqustun ortalarına qədər.
Adolf. Biz utanırıq, madam…
Viktor. Siz aydınlıq gətirmək istəyirsiniz? Çox gözəl! Beləliklə,
sizin ailənin başçısı Pol-Alber Lenuar ilk dəfə prokurorluğa…
Baba. Ağ cöngənin nağılı başlayır. Allaha and olsun ki,
müstəntiq bundan yaxşıdır! Düz üç həftədir insan kütlüyü və
inadkarlığıyla mübarizə aparıram!..
Viktor. …min doqquz yüz otuz beşinci ilin iyirmi iki mayında
saat on dörd otuzda dəvət olunub. Elan edilib ki, nə vaxtsa onun
işçisi olmuş, ipə-sapa yatmadığına və əyyaşlığına görə işdən
çıxarılmış Delaqall adlı hansısa muzdur onu ittiham edir ki,
bəs… heç özüm də bilmirəm, necə deyim?..
Knyaz. Mənəviyyatı təhqir etməkdə…
Qadınlar qışqırışırlar.
Viktor …və zorlamaqda…
Adolf …və Lilian adlı on yeddi yaşlı hansısa bir qızı zorla-
maqda.
Baba. Mənim balalarım, bu sözlər yalnız kələfi dolaşdıracaq
və heç nəyə gətirib çıxarmayacaq. Dərd də elə burasındadır!
Sözlərdə! Onlardan çıxış yoxdur, bataqlıq kimidir!
Mari-terez (ağlayan Mari-Blanşa). Mumla görək!
Baba. Ah, əgər Valentina…
Mari-terez. Ata, səndən xahiş edirəm ki, anamızın xatirəsini
bu cür məsələlərə qatıb narahat etməyəsən!
Mari-Blanş. Mən buna dözə bilmərəm! Balaca Lilian mənim
süd bacımdır!
Mari-terez. Lilian sənin süd bacın deyil. Əslində, sən ondan
bir il əvvəl doğulmusan. Bax onun qardaşı, hə, o, sənin süd
85