Page 89 - 2-ci cild
P. 89
Arman Salakru
Ortans. Siz ki onun hesabını vermək istəmisiniz! Yaxşı da
qiymət demisiniz!
Baba. Qoca Delaqall inadından dönmədi: “Mənə sizin
pullarınız lazım deyil, mən sizi türməyə salmaq istəyirəm. Amma
əziz müsyö Lenuar, sizə hörmətimin azaldığını ağlınıza da
gətirməyin, gərək Lilian özü tabe olmayaydı, sizin ənginizə birini
ilişdirəydi. Onun başı xarabdır. Bir də ki, gec-tez siz, ya bir baş-
qası...”
Mari-terez (Mari-Blanşa işarə edərək). Ata...
Baba. “...amma həyatda gərək hər şeyin hesabını verəsən,
əziz müsyö Lenuar, buna görə də mən sizi türməyə salacağam”.
Mənim manyakın qurbanı olduğumla, hətta müstəntiq də razıdır.
Knyaginya. Aydındır. Müstəntiqə hər şey bütün təfərrüatı ilə
məlumdur.
Baba. Ola bilsin, mən həm də hamıya inanmağımın güdazına
getmişəm.
Knyaz. Polisin ağzından qaçırdığı bir sözdən ağlıma fikir
gəlib. Siz bu Delaqallı heç vaxt türməyə saldırmamısınız ki?
Baba. Mən?! Birinci dəfədir eşidirəm!
Knyaz. Brakonyerliyə görə?
Adolf. Biz heç vaxt meşəçilərin işlərinə qarışmırıq.
Viktor. Ana bu qaydaya ciddi əməl elətdirirdi.
Mari-terez. Qoca Delaqallın bir dəfə bizə gəldiyi yadımdadır.
Ana onda hələ sağ idi...
Knyaginya. Nə oldu ki?
Mari-terez. Mən, əlbəttə, onunla sərt davrana bilməzdim,
axı qızını xaça mən çəkmişdim.
Knyaginya. Belə de, Lilianı xaça siz çəkmisiniz? (Gülür.)
Viktor. Ana nə dedi?
Mari-terez. Sən ki ananı tanıyırdın!
Baba. Sənin anan tamamilə haqlıydı. Brakonyerə rəhm etmək
olmaz. Əgər adam brakonyerdirsə, bu, artıq onun qanına işləyib.
Bu, cüzam kimi bir şeydir.
Ortans. Valentinanın səsi hələ də qulağımdadır: “Siz brakon-
89