Page 97 - 2-ci cild
P. 97
Arman Salakru

şeydən irəlidir!.. Mən də zarafata zarafatla cavab verməyə
başladım. Əvvəl bizim likörümüzü, sonra bütün həyatımı məsxərəyə
çevirdim. Hətta sevgi münasibətlərinə də bir düjün likör şüşəsi
göndərməklə başlayırdım.

Adolf. Bax əsl Lenuar pafosu!
Ortans. Adolf haqlıdır. Lenuarlar hər şeyi dramatikləşdirməyi
xoşlayırlar. Xırda bir problemi fəlakətə çevirirlər.
Mari-terez. Razılaşın ki, bu gün biz drama yaratmalı deyi-
lik.
Baba. Bax bu, doğrudur. Niyə mən bu yaşımda belə bir qəri-
bə təsadüfün qurbanı olmalıydım? Mən bədbəxt insanam.
Viktor. Biz hamımız çoxdanın bədbəxtiyik.
Mari-terez. Bəs necə, sənin kimi həyat tərzi keçirən başqa
nə olmalıdır ki! Səndə heç vaxt ailə qurmaq həvəsi olmayıb!
Viktor. Nəyə lazım? Ki, gözəl günlərin birində qızımı ərə
verməyə məcbur olub ailəyə belə bir biveci qəbul edim? (Əlinin
işarəsiylə Vikontu göstərir.)
Vikont. Cənab!
Ortans (hiddətlənib). Viktor!
Viktor. Axı o, kabus-zad deyil! O, buradadır və ondan qaçıb
gizlənə bilməzsən!
Vikont. Cənab, mən izahat tələb edirəm!
Ortans. Viktor, sən mütləq izahat verməlisən!
Viktor. Qısa deyəcəm. Ailə şurası mənə sizin keçmişinizi,
sizin borclarınızı və sizin vərdişlərinizi öyrənib bilməyimi
tapşırmışdı.
Adolf. Amma sizin şuraya verdiyiniz hesabat müsbət idi.
Viktor. Ailə şurasına mən çox şey deyə bilərəm. Üstəlik, bir
halda ki, tapşırığı Ortans verib! Mari-Blanşın xoşbəxtliyinin
qayğısına qalmağı mənə tapşıran olmayıb.
Mari-Blanş (quru səslə). Şübhəsiz! Mən də sözsüz-sualsız
ailə şurasının qərarına etibar etmişəm.
Ortans. Mari-Blanş hansısa bir dərzi-filan deyil.

97
   92   93   94   95   96   97   98   99   100   101   102