Page 101 - 2-ci cild
P. 101
Arman Salakru

artıq yekə kişidir, qızıl külçələr ala bilər, bankda seyf kirayələyər
və əsası, ağzını boş qoyub çərənləməz.

Viktor. Beləliklə, vergi hesabatından gizlənmiş bütöv bir
milyon düz mənim gözümün qabağından uçub-gedir.

Mari-terez. Sənin heç uşağın da yoxdur, amma biz dördlükdə
sənin o tək canından az xərcləyirik.

Adolf. Viktor, əgər etiraz etməsəydiniz, sabah bu məsələyə
qayıdardıq. Hesablama hələ yekunlaşmayıb.

Viktor. Məmnuniyyətlə. Yeri gəlmişkən, mənim sədaqətli
qoca Valuaya da bir-iki isti sözüm var!

Mari-terez. Məncə, knyaza izah eləmək lazımdır ki, biz
Viktoru həmişə bütün bu işlərdən kənar hesab eləmişik. Bizim
ailədə o, təxminən incə sənətlər naziri kimi bir şeydir.

Adolf. Hətta sizin ananız da axır-axırda bu fəaliyyətə bir
bəraət tapa bildi. Siz həmişə cıdır yarışlarını, idmanı, uşaqların
yanında bizim “rəqs” kimi təqdim etdiyimiz şeyləri həmişə
xoşlamısınız. Və əgər bizlərdən kimdəsə qəflətən əylənmək kimi
yersiz bir istək yaranardısa, Valentina deyərdi: “Yox, bu məsələ
artıq Viktorluqdur!” Tennis turnirləri, qolf yarışları, qumarda
uduzmaqlar, dəbdə olan jurnallardakı kübar cəmiyyətin xronikası
və fotolar... Bütün bunlar hamısı Viktorun qismətinə yazılmışdı.
Ananın dediyi kimi, siz bizim əvəzimizə də əylənməli olurdunuz.
Bu da bizləri yolumuzdan çıxmağa qoymurdu, səhərdən-axşamacan
işləmək imkanı qazanırdıq.

Viktor. Sizcə, mən yaxşı günümə görə düz on beş ildir, kef
çəkməyi tərgidə bilmirəm?! Mən mühəndis olmaq istəyirdim,
ana qarşısını aldı: “Likör zavodunu idarə etmək üçün Lenuara
heç də mühəndis diplomu lazım deyil!” Mən bütün ömrüm boyu
universitet qurtarmamağımın təəssüfünü çəkdim. Mari-Blanş,
Tibb Universitetində oxuduğuna görə sən mənə minnətdar olma-
lısan. Mən ailə şurasında sənin haqqını zorla müdafiə etdim.

Ortans. Təbii ki, əgər bu izdivac baş tutsa, Mari-Blanş təhsili
də yarımçıq...

Vikont. Məgər mən imkan verə bilərəmmi, gələcək qrafinya
Kazett, Latın məhəlləsinin tələbələriylə oturub-dursun?

101
   96   97   98   99   100   101   102   103   104   105   106