Page 105 - 2-ci cild
P. 105
Arman Salakru

Knyaz. Hər şey çox sadədir: oğlan cəhənnəmə vasil olacaq,
yaşlı adam məhşər ayağına çəkiləcək, işdir, əgər lap qocalsa,
daha haralara çəkiləcəyi məlum deyil.

Ortans. Bu ki boş bir şeydir!
Knyaz. Niyə, xanım?
Ortans. Eyni vaxtda həm göylərə, həm də cəhənnəmə düşmək
olmaz.
Knyaz. Xanım, əgər siz haqlısınızsa, onda məhşər günündə
çox böyük ədalətsizlik baş verir. Əgər mən on yaşımda ölsəydim,
indi mələklərin arasındaydım. Mənim bir vaxtlar mövcudiyyətim
olan o balaca oğlanın haqqı var ki, öz əbədi həyatını mələklər
arasında...
Ortans. ...Qoca adam isə cəhənnəmə vasil olacaq?
Knyaz. Belə bir təhlükə var.
Ortans. Biz gərək iki yerə bölünək.
Knyaz. Ən azı.

Ortans çiyinlərini çəkir.

Viktor (Adolfa). Onu, hər halda, oyatmaq olmazmı?
Knyaz. Siz bir yuxunun bizdən ayırdığı bu insana baxın. Bu
anlarda onun barəsində düşündüyünüzü fərz edib özünüzü yada
salmayın. Bu an mənim kimi, özünüzə belə bir sualla müraciət
edirsinizmi: “Bu cındır əsgi daha nəyə yaraya bilər?”
Knyaginya. Bobo!
Knyaz. Və ümumiyyətlə, bu nimdaş insan nəyə yarayıb?
Mari-terez. Amma mənim atam xoşbəxt idi!..
Knyaz. Müəmma da elə bundadır: necə olub ki, belə köhnə,
lazımsız əşya xoşbəxt olub...
Knyaginya. Bobo, elə daşlaşmış anlayışlar var ki, onlara
toxunmaq olmaz, əks halda, onlar hərəkətə gəlib bizim rahatlığımıza
son qoya bilərlər... Onları daha heç kim saxlaya bilməz.
Knyaz. İndi bir fokusçu peyda olub qocanı qeyb etsəydi...
Vikont. Məhkəmə də olmazdı...
Knyaz. Bu, xırda məsələdir...
Ortans. Siz belə düşünürsünüz?

105
   100   101   102   103   104   105   106   107   108   109   110