Page 109 - 2-ci cild
P. 109
Arman Salakru

Baba. Ah, uşaqlar! Gör bir mən sizin qanınızı necə qaraldıram.
Məni bağışlayın!

Mari-Terez ağlayır.

Viktor. Ata, sənə çoxdan hər şeyi bağışlamışıq.
Baba. Uşaqlar, çox sağ olun!
Adolf. Üstəlik indi artıq sənə deyə bilərəm ki, doktor Buşon...
Mari-terez. Adolf, sənin buna haqqın çatırmı?
Ortans. İndi daha hər şey olar.
Adolf. Namus haqqa diktə edir!
Knyaz. Namus nə olan şeydir ki?
Adolf. Burada müxtəliffikirlilik ola bilməz! Namus insanın
əvəzolunmaz ləyaqət hissidir. O, bu hissi özündə, ürəyinin dərin-
liyində daşıyır. Bunu duymaq lazımdır.
Knyaz. Əla. Demək, indi namus da şəxsi məsələ olub.
Baba. Doktor Buşon sizə nə deyib ki?
Adolf. Siz ölümə məhkumsunuz!
Baba. Məhkəməyə qədər?
Ortans (böyük nəvazişlə). Cəmi bir neçə aydan sonra sizin
ürəyinizin döyüntüsü dayanacaq.
Baba. Mənim kimi buz baltasının? Buşon dəli olub!
Ortans. Bunun nə əhəmiyyəti var, bir halda ki, bu axşam...
Baba. Amma mən yaşamaq istəyirəm.
Adolf. Bir neçə dəqiqə əvvəl siz bu çıxılmazlıqla barışmışdınız...
Baba. Bəli, mən ancaq onun barəsində kənar bir şey kimi
danışırdım... Düzünə qalsa, ölümün nə olduğu mənim nəsə ya-
dıma gəlmir. Amma doktor Buşon... Yox, mən yaşamaq istəyirəm!
Viktor (qəmgin halda). Sürgündə?
Baba. Əgər pulun varsa, yəqin, sürgün də elə dəhşətli yer
deyil.
Ortans. Bəs binamusluq?
Baba. Amma mən axı sürgün olunmuşlar arasında yaşayaca-
ğam! Hansı sürgün olunmuş o biri sürgün olunmuşu sürgün
olunmaqda ittiham edəcək?!

109
   104   105   106   107   108   109   110   111   112   113   114