Page 113 - 2-ci cild
P. 113
Arman Salakru

Viktor. Elə düşünürsən ki, bizim ailənin pərdəarxası həyatı
sənə tamamilə məlumdur?

Mari-Blanş. Mənə məlum olmayan ailə tarixçələri arasında
belələri çoxdur?

Viktor. Sən onları aramla dərk edəcəksən, başa düşmək
iqtidarında olana qədər.

Mari-Blanş. Ailənin fikrincə, mən hər şeyi neçə yaşımda
dərk edə biləcəyəm?

Viktor. Özünü o biriləri kimi aparmağa başlayanda.
Mari-Blanş. Heç vaxt! Mən istəmirəm ki, qocalanda sizlərə
oxşayım.
Ortans. Əzizim, bu mövzuya iyirmi ildən sonra qayıdarıq!
Mari-Blanş. Bu gün, əlbəttə ki, mənim həyatımda tarixi
gündür!
Baba. Sən hələ məni demirsən!..
Mari-Blanş. Mən ilk dəfədir, sizi belə qorxaq və əxlaqsız
görürəm.
Knyaz. Ümidvaram, siz əxlaqla kişiliyi eyni şey hesab et-
mirsiniz, eləmi?
Adolf (knyaza). Bəsdir, görək.
Knyaz (Mari-Blanşa). Heç də elə fikirləşməyin ki, çətinlik
yaranan kimi mütləq hərəkətə keçmək lazımdır. İgidin də əxlaqı
qorxağın əxlaqı kimi kordur.
Mari-Blanş. Bəs sizin əxlaqınız?
Knyaz. Məndə o şey yoxdur. Məndə olan yalnız böyük təc-
rübədir.
Knyaginya. Bobo, öz həyatınızı danışın. (O birilərə.) Bu,
mənim sevimli romanımdır.
Baba. Sakit! (Öz kreslosunu göstərir.) Ora baxın... kəpənək!
Mənim qayğılarımdan tamam uzaq olan bu kəpənəyə baxanda
adamın necə də ruhu dincəlir. Hər halda, ən azı onun mənə qarşı
heç bir iddiası yoxdur! İndi mən kəpənəklərin, ağacların və
itlərin arasında yaşayacağam. Mən daha heç bir insanı, sizə
oxşayan heç bir canlı məxluqu görmək belə istəmirəm.

113
   108   109   110   111   112   113   114   115   116   117   118