Page 117 - 2-ci cild
P. 117
Arman Salakru

Müəyyən bir ardıcıllıq var. Əvvəl dostlardan, sonra qadınlardan
imtina edirsən. Nəhayət, ruhən ən pak olanlar nə yollasa özlərindən
də imtina etməyi bacarırlar. İstərdim ki, vaxtım çatanda hər
şeydən imtina etmiş bir adam kimi canımı tapşırım. Qoy ölümümün
mənası da elə bunda olsun.

Knyaginya. Mari-Terez, söhbətə müdaxilə edin, yoxsa
hamımız bu müdrik fikirlərə bulaşacağıq.

Vikont. Əgər siz zabit olsaydınız...
Knyaz. Mən məşhur Boresku alayının zabiti və komandiriyəm.
Ortans. Və siz öz kökünüzdən imtina edib Lolottla evləndiniz?
Knyaginya. Onun yalnız ana xəttiylə nəsli-nəcabəti var.
Knyaz. Lolott!
Knyaginya. Axı bu, bütün Rumıniyaya məlumdur. Hətta
atanız adlanan o kişi də bilirdi ki, siz ananızın faytonçusunun
oğlusunuz. O qadın elə hey oğluna onun atacığazına – knyaz
Boreskuya olan məhəbbətindən danışırdı. Knyaza o, gəncliyində
də, yaşlaşanda da pərəstiş edib. Faytonçu isə onun ahıl vaxtlarının
xətası idi. Bobo da elə anasının ahıl vaxtında dünyaya gəlib. Vik-
tor, əgər siz, həqiqətən də, kübar insansınızsa, gərək bu tarixçəni
biləsiniz.
Viktor. Mən bilirdim, amma unutmuşam.
Knyaginya. Eynən Bobonun anası kimi. Məncə, Bobo bu
bədbəxt insanlara izah etməliydi ki, dərd-sər bütün ailələrdə olur.
Mari-Blanş. Nə rəzillik!
Viktor. Həddini bu cür aşsan, axırda səni bir qəpiksiz qoya-
caqlar.
Mari-Blanş. Beləsi lap yaxşı! Unutmayın ki, mən toya qor-
xumdan razılıq verməmişəm. Mənim bu razılığım mərdlik
əlamətidir.
Adolf. Sus! Biz tuneldəyik, buradan çıxmaq lazımdır.
Baba. Tunelin o başı da var.
Adolf. Mən qərarımı verdim.
Baba. Mən də. Hər şeyi qaydaya necə salacağımızın yolunu
bildim.
Mari-terez. O nə yoldur elə?
Baba. Mən Lilianla evlənirəm!

117
   112   113   114   115   116   117   118   119   120   121   122