Page 121 - 2-ci cild
P. 121
Arman Salakru

Mari-Blanş. Mən Lenuar arxipelaqından ayrılıb üzən adaya
çevrilirəm. (Vikonta.) Çox təəssüf edirəm, müsyö. Bundan sonra
mən də babam kimi adi bir qız həyatı yaşayacağam.

Vikont (həyəcanlanıb). Siz nə vaxtsa aşiq olmusunuzmu?
Mari-Blanş. Xeyr, mən axı Mari-Blanş idim. Amma əgər
mən hansısa bir südsatan ananın qızı olsaydım... xoşuma gələn
cavan bir oğlan var. Və o, çox tezliklə keçmiş milyonçu qızının
necə olduğunu əliylə yoxlaya biləcək.
Adolf. Mari-Blanş!
Mari-Blanş. Mən üzən adayam! (Gedir.)
Ortans (Vikonta). Ondan bir addım da aralanma. Ondan nə
desən çıxar, axı hələ hər şey itirilməyib.
Vikont. Amma siz yubatmayın, yoxsa o, polislərin əlinə diri
keçəcək. (Gedir.)
Baba. Yarım il əvvəl mənim ad günüm üçün təşkil olunan
şam yeməyini bir yada salın. Piroqun üstündə yanar şamlar.
Qiyom özü qoşduğu şeirlərini oxuyurdu. Mən də elə deyə-deyə
qalmışdım: “Mən sizinləyəm, sizi qoyub heç hara getmərəm!
Bərk dayanmışam”. (Təşviş içində Adolfa.) Deyəsən, siz qərar
qəbul etmisiniz?
Adolf. Bəli.
Baba. Nə qərar?
Adolf. Siz mənim yerimdə olsaydınız, hansı qərarı qəbul
edəcəkdinizsə, onu.
Baba. Balalarım, siz məni çox istəyirsiniz. İmkan verin,
qaçım.
Viktor. Onda səni qiyabi mühakimə edəcəklər.
Baba. Doğrudanmı mən artıq siçan kimi tələyə düşmüşəm?
Mari-terez. Atacan, bizə rəhmin gəlsin!
Baba. Ağlım sizi başa düşür, Adolf, amma ürəyim...
Adolf (Viktora). Əminəm ki, əgər hər şeyi Qiyoma olduğu
kimi danışsaq, o da bizə haqq qazandıracaq. Siz hamınız mənimlə
razısınızmı?
Viktor. Biz artıq bütün mümkün imkanları yoxlamışıq. Mən
yorğunluqdan və çiyrənməkdən keyləşmişəm.
Mari-terez (Ortansa). Nə böyük faciə!

121
   116   117   118   119   120   121   122   123   124   125   126