Page 119 - 2-ci cild
P. 119
Arman Salakru

Knyaz (o birilərə). Di qiyama qalxın da! Həyat tərzinizi
dəyişin. Dərhal başqa əxlaqa köklənəcəksiniz və məhkəmə prosesi
sizin üçün əyləncə kimi görünəcək.

Adolf (istehza ilə). Piknik kimi?
Baba. Piknikdən zəhləm gedir, həmişə yöndəmsiz bir şey
alınır.
Knyaz. Onda elə bu gecə buradan baş götürüb gedin və
dünyanın o biri başında, ola bilsin, gözlənilməzliklərlə dolu bir
yeni keçmişlə və bir yeni gələcəklə təzədən peyda olun.
Baba. Mənim adım sizin adınız kimi qədimi olmasa da,
onun üstündə əsirəm, bu adı qürurla daşımağa həddən artıq
öyrəşmişəm. İndi bu adı burada çirkabın içinə atıb sürgündə baş-
qa, qəliz ad daşımaq?
Mari-terez. Evimizlə, bu gözəl şəraitlə vidalaşmaq?
Viktor. Qəbiristanlıqda yatan anamızı tərk etmək?
Ortans. Həm də Mari-Blanş orada özünə bab birisini tapa
bilməz.

Mari-Blanş qəhqəhə çəkir.

Vikont. Hansısa Panamada yoldan keçən bir vələdüzzinanın,
sürgün edilmiş veyil insanın həyatını yaşamaq...

Ortans. Siz heç təsəvvür edirsinizmi, burada bizdən nələr
danışacaqlar?!

Viktor. Yerli kübar əhli çay süfrəsi arxasında!
Mari-terez. Ölmək bundan yaxşıdır.
Baba. Razıyam! Bəs bizim fəhlələr?! Onlar bizi sevirlər!
Hörmət edirlər!
Viktor. Biz imkan verə bilmərik ki, hər yoldan keçən onlara
rişxənd etsin! “Demə, sizin ağanız lap qaz imiş!”
Adolf. Mən təhlükədən qorxub qaçanlardan deyiləm və
ailəmizin namusunu qorumaq üçün hər şeyə hazıram!
Baba. Orada biz günlərimizi mürgü vura-vura kart masası
arxasında keçirərdik. Heç bir tanış-filan yox...
Knyaz (təslim olur). Neynək, cənablar, əgər həyat sizlərdən
ötrü yalnız həmin coğrafi ərazidə məna kəsb edirsə... Lolott, gəl
gedək bir-iki saat yataq.

119
   114   115   116   117   118   119   120   121   122   123   124