Page 115 - 2-ci cild
P. 115
Arman Salakru

Ortans. Doğrudanmı siz o qalan bir neçə ayınızı qurban ver-
məkdən imtina edəcəksiniz...

Baba. Bəli və bir də bəli!
Ortans. Yetmiş üç, hər halda, sanballı yaşdır. Və sizin üçün
heyifsilənməli bir şey olmayacaq!
Baba. Siz bu sözləri mənə ölən günümdə deyərsiniz!
Mari-terez. Sənin yaşında anamız artıq bizi tərk edib
getmişdi...
Ortans. Sizi mənim kimi anlayan yoxdur. Heç kim ölmək
istəmir. İşdir-şayəd, əgər bu gün mən də sizin yerinizdə olsaydım...
Üstəlik mənim itim necə olacaq?!
Knyaginya. Siz, ümumiyyətlə, sevimli ərinizin yanına getməyə
tələsmirsiniz? Zavallı, nəhayət, sizi çox yaxşı görkəmdə qarşıla-
yacaq!..
Ortans (cavabdan yayınaraq Mari-Terezə). İlahi, elə indicə
ağlıma gəldi. Sabah axı əynimə geyinməyə bir şeyim yoxdur!
Mən axı toya gəlmişəm!
Vikont. Mənim qardaşım, Ortansın əri iyirmi yaşında öldü...
Baba. İyirmi yaşda asandır. O, hələ həyata alışmamışdı. Mən
isə Qiyomun uşaqlarının sifətlərini görmək arzusuyla yaşayıram.
Adolf (babaya). Mənim oğlum Qiyom sizin ucbatınızdan
zabit məktəbini tərk edib sizdən izahat tələb etməyə gələndə...
Oh, artıq indidən mənim sizə yazığım gəlir!
Baba. Amma siz yaşamaqda davam edəcəksiniz... (Qalxıb öz
kreslosuna baxır.) Kreslo da boş qalacaq! Siz ona baxacaqsınız.
Siz sağ-salamat olacaqsınız. Mənim üçün bura özümün də,
başqalarının da yatdığı qəbiristanlıqdan da dəhşətlidir. Yox, mən
kreslomun boş qalmasını istəmirəm. (Əyləşir.)
Knyaz. Sizin haçansa ağlınıza gəlibmi ki, bu kresloda heç
vaxt oturmaya da bilərdiniz?
Baba (laqeydcəsinə). Xeyr.
Knyaz. Siz nə vaxt anadan olmusunuz?
Mari-terez. Min doqquz yüz altmış ikinci ilin iyirmi bir
fevralında.
Baba. Səhər saat onda.

115
   110   111   112   113   114   115   116   117   118   119   120