Page 111 - 2-ci cild
P. 111
Arman Salakru

Knyaginya. Bobo, siz gərək hər şeyi danışasınız. Zavallı ba-
ba! Günahın həyatın özündə olduğu bir halda, hamı onun üstünə
düşüb.

Baba. Və siz azadlıqdasınız?
Knyaginya. Oh, Bobonun buna görə heç vaxt başı ağrımayıb.
Mən çox gözəl bir insan olan lord Beltamla yaşayırdım. O,
yenicə Hindistandan qayıtmışdı. O, mənə lap sitayiş edirdi, uşaq
anasına sitayiş edən kimi. Və məni uşağın anasını tanıdığından
artıq tanımırdı. Hətta ondan da az. Bobo isə mənim köhnə
dostlarımdan idi. Bir dəfə o, mənə görə əsəbiləşib Beltamı dueldə
öldürdü. Bunu bütün Avropa bildi. Elə onda da Bobo mənimlə
evlənməli oldu.
Ortans. Hə, bu izdivacın tarixçəsi beləymiş!
Knyaginya. Bütün dostlar belə qənaətə gəldilər ki, Bobo çox
kişiyana, əsl cəngavər kimi hərəkət edib. Yalnız bir xeyli keçəndən
sonra dostlara məlum oldu ki, duelin keçirildiyi həftə lord Beltam
Hindistandakı bütün varidatını malikanələriylə birlikdə mənə
miras qoyubmuş. Yazıq Bobo!
Knyaz. Lolott, siz içkini artıq eləmisiniz!
Knyaginya. Yenə bu zəhrimara qalmış likör!
Ortans. Əcdadlarınız sizə görə xəcalət çəkərdi, xanım.

Knyaginya gülür.

Knyaz. Lolott, bəsdir.
Baba. Yox, cənab, bəs deyil! Şəxsən mən heç kimi öldür-
məmişəm!
Mari-Blanş. Nahaq!
Vikont. Nahaq?!
Mari-Blanş. Özünüz üçün bir təsəvvür edin, Lilian bayılmaq
həddindədir. O qışqırır: “Yox, yox, istəmirəm!” Əgər qismətinə
hətta ona knyaza ərə getməyi yazılıbsa belə, bundan sonra onun
ölməyi yaxşıdır! Doğrudanmı siz hamınız elə qocalmısınız ki,
daha bunu anlamaq iqtidarında deyilsiniz? Axı babanın bu hərəkəti

111
   106   107   108   109   110   111   112   113   114   115   116