Page 107 - 2-ci cild
P. 107
Arman Salakru

Üstəlik bizim nümunədə məhkəmənin səhvi o qədər də gözəçarpan
olmazdı.

Mari-Blanş. Bəli! Həm də üstəlik, olan olub, keçən keçib.
Ortans. Amma Tanrının gözü qarşısında...
Knyaz. Gəlin, özgələri bu məsələyə qatmayaq. Hər şey onsuz
da çox qəlizdir. Tutaq ki, siz dünən ölmüsünüz, prokurorluq da
ailənizə heç bir məlumat vermədən işi arxivə göndərib. Onda siz,
əslində olduğunuzdan tamam fərqli bir insan kimi həmişəlik
yaddaşlarda qalacaqsınız.
Adolf. Təbii ki, ailəsinin namusunu qorumaq naminə özünü
qurban verən müttəhim məhkəmənin mühakimə etdiyi cinayətkarla
bir deyil.
Baba. Sabah mən yenidən dəyişə bilərəm?
Knyaz. Siz həyatınızın son anına qədər sözünüzün ağası
kimi qalırsınız.
Baba. “Həyatınızın son anına qədər.” Siz bununla nə demək
istəyirsiniz.
Knyaz. Çox şey sizin nə vaxt və necə öləcəyinizdən asılıdır.
Bu gün elə bu kreslodaca ürək partlamasından öləcəksiz, yaxud
macərəlara həvəsiniz sizi sürgünə cəlb edəcək...
Baba. Sürgünə?
Adolf. Bəli! Əgər ədalət mühakiməsi hələ də mövcuddursa,
məhz sürgünə.
Baba. Onda nə məsuliyyət daşıdığım mənə aydındır!
Mari-terez. Atacan, xeyriyyə müəssisələrini bir yada sal.
Anamız onları bizim kasıb əməkdaşlar üçün yaratmışdı. (O
birilərə.) Mən o müəssisələrin sədri oldum. Ümid edirdim ki, bu
maraqlı, həm də ağır işin bir hissəsini Mari-Blanşa həvalə edərəm.
Bütün rəhbər xanımlar (Mənə axı bizim kimyagərlərin və satış
üzrə inspektorların xanımları da kömək edir.) onun qarşıdan
gələn toy mərasiminə elə sevinirdilər ki. Vikontessa! Sən vikontessa
olmalıydın! Onlar hamısı bu vikontessanı lap uşaqlıqdan tanıdıq-
larına görə, necə də sevinirdilər. Bir düşün ki, indi onlar bizim
hamımızı məhkəmədə görəndə!..

107
   102   103   104   105   106   107   108   109   110   111   112