Page 103 - 2-ci cild
P. 103
Arman Salakru

Viktor. Siz qoçaq oğlansınız! Bizim nəslə necə istəyirsinizsə
ad verin. Deyin ki, qocalmışıq, zəmanədən geri qalmışıq, çirkaba
bulaşmışıq, amma bizim yerlərdə qocaları öldürmək adət deyil.
Adət-ənənə tələb edir ki, onlara qocalmaq imkanı verək.

Adolf. Viktor, sabah günorta sizin nə işiniz var?
Viktor. Məni Dovillə dəvət ediblər.
Adolf. Siz dostlarınıza atanızın həbsini necə izah edəcəksiniz?
Viktor. Mən hər şeyi zarafata salacağam, məhz zarafata!
Məhz bu cür. (Kədərlə.) Yalnız zarafata... Və o əclaflar hamısı
məhkəməyə mütləq təşrif buyuracaqlar.
Ortans. Bu, bizim ən izdihamlı qəbulumuz olacaq!
Mari-Blanş. Mən necə də babaya oxşamaq istəyirdim.
Mari-terez. Nə səbəbə?
Mari-Blanş. Qocalanda nənəyə oxşamağa qorxduğuma görə.
Mari-terez. Axı nənə səni çox istəyirdi!
Ortans. Bəlkə, Küreylə bir məsləhətləşək?
Adolf. Küre sarsaq qocanın biridir:
Knyaginya. Bəs sizin oğlunuz Qiyom? O, Adolf, yoxsa Vik-
tor üslubundadır?
Mari-terez. Elə bil atasının burnundan düşüb.
Ortans (vikonta). Əgər sizin ananız yanımızda olsaydı, bizi
xilas edərdi!
Vikont. Anam? Amma o, bu dəhşətli əhvalatdan bir şey anla-
mayacaqdı.
Ortans. Unutma ki, sənin anan stolları tərpədib ölənlərin
ruhlarını çağırır. Valentinadan soruşardı, o da nə etməli olduğumuzu
bizə deyərdi.
Adolf. Mən sizi qorxutmaq istəmədiyimə görə doktor Buşonla
son söhbətimi açıb danışmadım. Viktor, belə məlum olur ki,
həkimlər sizin atanızı... ölümə məhkum ediblər.
Mari-terez. Adolf!
Adolf. Ürəyi bu gün, ya sabah dayana bilər, o, bir ay, iki ay,
əgər lap bəxti gətirsə, iki il davam gətirə bilər, amma bu, ən bö-
yük uduşu udmaq kimi bir şeydir.

103
   98   99   100   101   102   103   104   105   106   107   108