Page 123 - 2-ci cild
P. 123
Arman Salakru

Adolf. Bəli, amma əvəzində hökmü çıxaran hakimə hamı
hörmət edir.

Baba. Bunlar tamam fərqli şeylərdir. Hakimlər ölüm barədə
heç bir məna kəsb etməyən sözlərlə, dirilərin diliylə danışır,
amma cəlladın ölümlə haqq-hesabı bu dəqiqə sizin nümunənizdə
olduğu kimi qısadır. Ah, öldüyümə görə necə də özüm özümdən
iyrənirəm.

Adolf. Doğrudanmı siz Tanrıya inanmırsınız?
Baba. Əlbəttə, inanıram. Sizin kimi. Amma nə faydası! Mən
istərdim burada öz xatirələrimlə baş-başa yaşayım. Mən axı
keşişə bu gün kilsəyə gələcəyimə söz vermişdim...
Adolf. Əvəzində siz Tanrının özünü görəcəksiniz.
Baba. Bütün bu faciə mənim Lilianın kartofluqda necə
əyildiyini görməyimdən başladı. Ah, kaş həmin gün mənim
ayaqlarım qırılaydı.

Adolf revolveri çıxarır.
Oy!
Adolf. Mən özümü sizin yerinizdə təsəvvür edirəm.
Baba. Hə, hamı belə deyir. Amma revolver ki sizin əlinizdədir.
Və atəş açılan kimi, mən daha olmayacağam, siz isə dirilərin
arasında mayallaq aşmaqda davam edəcəksiniz.
Adolf. Amma siz əbədi olaraq bizim yaddaşımızda yaşaya-
caqsınız.
Baba. Əlbəttə, öləndən sonra mən hələ də sizin yaddaşınızda
yaşayacağam, amma nə olsun, özüm üçün ki tamam ölmüş
olacağam.
Adolf. Bilirəm, siz mənə haqq qazandırırsınız.
Baba. Yox. Daha haqq qazandırmıram. Mənim tüklərim biz-
biz olub və bu hiss sizi qınayır. Bu hiss heç də mənim nə vaxtsa
dənizdə üzməkdən qorxmağıma bənzəmir, başım gah bomboş
olur, gah da hay-küylə dolur. Adolf, yaşımın bu vədəsində mən
özümü körpə kimi tənha hiss edirəm.
Adolf. And içirəm ki, xasiyyətimə uyğun olmasa belə, mənim
də ürəyim qan ağlayır. Mən sizə heç vaxt olmadığı qədər rəğbət
bəsləyirəm. Alın bu revolveri... bir anlıq cəsarət...

123
   118   119   120   121   122   123   124   125   126   127   128