Page 127 - 2-ci cild
P. 127
Arman Salakru

Haradasa qapı çırpılır.

İlahi, daha bir atəş.
Knyaz. Lolott, sadəcə, qapını çırpdılar.
Knyaginya. Siz elə düşünürsünüz ki, bu, Adolf idi, özünə
qəsd etdi?
Knyaz. Xeyr.

Mari-Blanş daxil olur.

Mari-Blanş. Qonaq otağı yenidən rahatlıq gətirir. Ailənin əsl
simasını əks etdirir – işıqlı, parıltılı, hətta, demək olar ki, şən...
Burada hər şey məhəbbətdən xəbər verir... mebelin altında isə
qan. Onlar meyiti harada gizləyiblər? Royalın içində?

Knyaginya. Bir ona baxın, Bobo, gözləri qupqurudur.
Mari-Blanş. Knyaz, siz mənim deyəcəklərimdən utanıb-
qızaracaqsınız.
Knyaz. Bobo onu utandıran hər şeyi xoşlayır.
Mari-Blanş. Bilirsinizmi, mən xoşbəxtəm.
Knyaginya. Süd fermasında işləyən həmin o cavan oğlana
görə?
Mari-Blanş. O, süd fermasında işləmir. Amma əgər o, qonşu
kənddə yaşasaydı, mən yanına qaçıb, onu oyadardım və biz bir
yatağa baş qoyardıq.
Knyaginya. Bilirsinizmi, Bobo, bu qız iki həftə dəlicəsinə
xoşbəxt olacaq.
Mari-Blanş. Mən çox inadkaram.
Knyaginya. Neynək, onda üç həftə. Amma çalışın, həzz alın.
Çox vaxt insan hətta bu bir neçə saatlıq xoşbəxtliyi də əldən
buraxır, sonra da bütün ömrü boyu bunun peşmançılığını çəkir.
Mari-Blanş. Ən azından məndə belə bir hiss olmayacaq ki,
bəs həyatda yaşamamışam...
Knyaz. Mari-Blanş, bu sözlər bədbəxtlikdən xəbər verir. Siz
deyən kimi ürəkdolusu yaşamaq istəyi insanın öz həyatına drama
arzulaması kimi bir şeydir ki, bu da sizə uyğun gəlmir...

127
   122   123   124   125   126   127   128   129   130   131   132