Page 125 - 2-ci cild
P. 125
Arman Salakru

qalan stəkanları və qabları yığışdırır. Sonra pərdəni aralayıb
pəncərəni açır.)

Sübh günəşinin gözqamaşdıran şüaları otağa dolur. Jozef
qürur hissiylə qonaq otağında yır-yığış edib çıxır. Knyaginya

ehtiyatla daxil olur.

Knyaginya (qışqırır). Oy! (Sonra qapı arxasında qalanlara
sarı dönərək.) Burada hər şey qanla yox, günəşlə dolub. Bobo,
meyit hanı? O, günün şüalarında əridi?

Jozef, ardınca da knyaz daxil olur.

Knyaz. Jozef, iş nə yerdədir, ev artıq səliqə-sahmana salınıb?
Deyəsən, hər şey çox əla alındı?

Jozef. Ağa, gün qiyamət olacaq. Göy üzündə bir bulud da
yoxdur.

Knyaginya. Jozef, bu cür aydın hava belə bir gün üçün
münasib deyil. Əgər yağış yağsaydı, ləyaqətli qocaya ağlamaq
ailə üçün daha asan olardı.

Jozefin başı öz işlərinə qarışıb.

Bobo, polis sizdən inciyəcək. Siz onu qalmağa məcbur etdiniz,
amma o, buradan əliboş gedəcək.

Knyaz. Siz belə fikirləşirsiniz?
Knyaginya. Bobo, demək istəyirsiniz ki, meyiti polis özü
aparıb? Jozef!
Jozef. Əmr edin, ağa!
Knyaginya. Jozef, deyin görək, qapını döyüb bununla da o
qocayla haqq-hesab çəkilməsini sürətləndirən həmin o polis
haradadır?
Jozef (knyaza cavab verərək). Ağanın maraqlandığı adam bu
gün səhər yeməyinə gəlməyəcək. Və əgər cənab qənaətimi onunla
bölüşməyə icazə verərsə... Bilirsiniz, mən “Lenuar” likörünün
insanın davranışlarına təsiri ilə çoxdan maraqlanıram... Effekt

125
   120   121   122   123   124   125   126   127   128   129   130