Page 131 - 2-ci cild
P. 131
Arman Salakru

Mari-terez. Mən daha dözə bilmirəm…
Knyaginya. Bir Adolf cəsarəti hamını əvəz edir.

Viktor daxil olur.

Hə, Viktor, siz necə, gördünüz?..
Viktor (soyuq tərzdə). Nəyi?
Ortans. Günəşi!
Viktor. Hə, bu günəş çox maraqlıdır.
Ortans. Sən bir işə bax, elə həmin gün ki, nəhayət, yağış
kəsdi…
qiyom. Viktor dayı, mənə bir izah edin görüm…
Viktor. Sən gəlmisən? Sənin hələ heç nədən xəbərin yoxdur?
qiyom. Həm hə, həm də yox… Mənim nədən xəbərim
olmalıdır ki?
Knyaginya. Viktor, danışın, on dəqiqə bundan əvvəl siz
onları burada təklikdə qoyub çıxanda…
Viktor. Hə…
Knyaginya. Onlar nə vəziyyətdəydilər?
Viktor. Bir-birlərinə baxırdılar.
qiyom. Bir-birlərinə?
Viktor (Ortansa). Mən dözə bilmirəm.
Ortans. Yaranmış vəziyyəti izah etmək necə də çətindir.
qiyom. Hansı vəziyyəti?
Knyaz. Məncə, bu işə haqq qazandırmaq çətin deyil.
Viktor. İzah etməyin özü elə bu işə haqq qazandırmaqdır.
qiyom. Axı nəyə haqq qazandırmaq?
Mari-Blanş. Mən bir elm adamı kimi hər şeyi dəqiqliklə
dedim.
Mari-terez. Ortans, and içirəm ki, ara-sıra ürəyimin döyüntüsü
dayanır.
Knyaginya. Amma babanın ürəyinin döyüntüsü dayanmaq
istəmirdi. Bütün faciə də elə bundadır.
Ortans. Dəhşət! Xüsusən də bir-birimizin sifətinə baxanda
hamımız elə yorğun görünürdük ki!
Mari-Blanş. Hə, qəribədir, sizin sifətləriniz bu münasib
ifadəni necə də dərhal ala bildi.

131
   126   127   128   129   130   131   132   133   134   135   136