Page 133 - 2-ci cild
P. 133
Arman Salakru

qiyom. Mən həqiqəti tələb edirəm.
Viktor. Qiyom, sənin baban elə indicə canını tapşırdı.
qiyom (sarsıntı içində). Baba! Baba!
Mari-terez. Ortans, yalvarıram sənə, məni kilsəyə apar.
Ortans. Möhkəm ol, Mari-Terez. Valentina göydən sənə
baxır və sənə haqq qazandırır.
Mari-terez. Hə, amma ana elə qəddar idi ki... Mən daha heç
nə anlamıram.
Knyaginya. Eynilə həmin o bədbəxt qoca kimi. Qoy Jozef
mənə onların o idbar liköründən gətirsin. Hər şey cəhənnəmə,
mən fikrimi dağıtmaq istəyirəm!
qiyom. Demək, baba xəstə idi, hə?
Mari-Blanş. O, ölümə məhkum olunmuşdu!
qiyom. Niyə məni xəbərdar etmədiniz? Mən onu ölümqabağı
necə də öpmək...
Mari-terez. Bu, dəhşətli bir gecə idi, Qiyom...
Ortans. Sakit ol, o artıq öz rahatlığına qovuşub. (Qışqırdı.)
Yox, bu, vəhşilikdir!
Mari-terez. Ortans, qışqırma!
Ortans (bağırır). Biz cinayətkarıq!
Viktor. Mən sizə imkan vermərəm ki...
Mari-terez. İndi də sən möhkəm olmalısan.
Ortans. Biz vəhşiyik, vəhşiyik!
Knyaginya. Olanları düşünməyin, qrafinya! Olacaqları
düşünün!
Ortans. Elə mən də olacaqları düşünürəm... Axı bizlərdən
heç kim Lenuarı göydə Valentinanın gözlədiyini nəzərə almayıb...
Zavallı qoca. Görən, orada halı necədir? Biz onu Valentinanın
yanına yaman tez göndərdik.
Knyaginya. Sakitləşin! Əbədiyyət əndazəsiz vaxt deməkdir.
Ola bilsin, onlar hələ heç görüşməyiblər.
Ortans. Ya Valentina çox dəyişib, ya da mənə inanın ki, o,
onu gözləyirmiş. Və onun barəsində bizlərdən də çox bilirmiş.
Oradan, yuxarıdan o, hər şeyi görüb bilirmiş, hər şeyi, hər şeyi!
qiyom. Nəyi görürmüş, nəyi bilirmiş?

133
   128   129   130   131   132   133   134   135   136   137   138