Page 135 - 2-ci cild
P. 135
Arman Salakru

Viktor (Qiyoma). Getmə, mən hər şeyi sənə izah edəcəyəm.
Knyaginya. O, yəqin, üzünü qırxır. Özünü qaydaya salmalıdır,
ya yox? Viktor, siz tozun, tükün içindəsiniz, vahiməli görünürsünüz.
Siz də üzünüzü təraş etsəniz, pis olmazdı. Düzdür, sizin vəziyyətiniz
o qədər də dəhşətli deyil, amma onun...
Mari-terez. Ortans, gəlin kilsəyə gedək.
Ortans. Hə, dualar eləyərik, çalışıb Valentinanı sakitləşdirərik.
Viktor. Olmaya siz elə təsəvvür edirsiniz ki, ana atanı
xudmani bir qonaq otağında qəbul edib onunla bizim kimi söhbət
eləyir?
Ortans. Sizcə, bu boyda Lilian haqq-hesabından sonra ana
onun boynuna atılıb?
Knyaginya. Mənə elə gəlir, buradakı hadisələr ora – göyə
dumanlı, çox dumanlı şəkildə gedib çatır...
Mari-Blanş. Üstəlik, nənə onun boynuna necə atıla bilər?
Axı onun dərisi quruyub, sümükləri qəbiristanlıqda uzanıb qalıb.
Vikont. Əgər Tanrı bizə yerdəki həyat üçün bədən veribsə,
başqasını, daha möhkəmini də əbədi həyat üçün verə bilər.
Ortans. Əlbəttə. Şarl Oqüst tamamilə haqlıdır.
Viktor. Nə səbəbə bizim atamızı orada pis qarşılamalıdırlar.
O, hamının hörmət elədiyi, nüfuz sahibi olan bir insan idi.
Bizlərdən çoxu üçün o, ləyaqət, fədakarlıq, əməksevərlik
mücəssəməsi idi. Bu insan bizə görə özünü qurban verdi. Mənim
ataya dərin hörmətim var. Və hamıdan da tələb edirəm ki, ona
hörmət etsin.
Mari-terez. Təşəkkür edirəm, Viktor.
Knyaz. Sizinlə razıyam. Mən Buxarest operasında həmişə
notu hamıdan çox uzadan bir xor ifaçısı tanıyırdım. Dirijor ona
irad tuturdu: “Doğrudanmı siz gecikməyə bilməzsiniz?!” Xor
ifaçısı etiraz edirdi: “Mən başdansovduluğu xoşlamıram, mən öz
işimi görürəm”. Bax belə, mənim əzizim, siz öz işinizi vaxtında
görürsünüz, takta uyğun oxuyursunuz.
qiyom. Mən onu görmək... Deyin görüm, baba yataq otağında
uzanıb?
Ortans. Elə düşünmürəm.

135
   130   131   132   133   134   135   136   137   138   139   140