Page 139 - 2-ci cild
P. 139
Arman Salakru

Jozef. Buyurun, müsyö.
Baba. O, əzizim Jozef! Mən də qorxurdum, bir də sizlərdən
heç kimi görməyəcəyəm. Bilin ki, bir an belə fikrimdən çıxmırdınız.
Bütün gecəboyu. Jozef, buradan getmə. (Yeməyə başlayır.) Oh,
yandım. Yanmaq necə də gözəlmiş! Jozef indən belə kalvadosu
səhər də, günorta da, axşam da içəcəyəm. Bir təsəvvür elə, Jozef,
mən xoşladığım şeylərdən məhrum ola bilərdim: Lanqustdan,
dovşan paştetindən, köhnə burqund şərabından... Nəyin xətrinə?
Bu gecə mənim mədəm özünü əla apardı, amma nə faydası? Mə-
dəm əla işləsə də, mən az qala ölmüşdüm. Jozef, mənə kalvados
verin.
Knyaginya. Bobo, bəs bu bədbəxt ailənin taleyi necə ola-
caq?
Baba. Yavaş-yavaş hər şey yoluna düşəcək. Bilirsiniz, artıq
Adolfun işləri qaydasındadır. İndi sakitləşib, daha nələrinsə
əzabverici həyəcanını yaşamır.
Knyaginya. Bobo, siz vəziyyəti bütün dəhşətiylə dərk edir-
sinizmi?
Baba. Jozef, buradan getmə, mən sənin maaşını ikiqat artıra-
cağam.

Jozef çıxır.

Knyaginya. Baba, amma axı Adolfu siz öldürdünüz.
Baba. Məsələyə bu yöndən də baxmaq olar, amma mən baş-
qa fikirdəyəm!
Knyaginya. Hansı fikirdə?
Baba. Adolf məni öldürmədi.
Knyaginya. Axı bütün ailə dərddən hönkürtü qoparacaq.
Baba. Bəs necə?! Adolfla hamının yaxşı münasibəti vardı.
Mənim də. Yazıq Adolf. Amma o, özünü elə bədbəxt hiss edirdi
ki! Mənim ona ürəyim ağrıyırdı. İndi artıq sakitləşib.
Knyaginya. Bobo, babaya başa salın ki... (Lenuara.) Baba,
siz öz doğma kürəkəninizi öldürmüsünüz.

139
   134   135   136   137   138   139   140   141   142   143   144