Page 141 - 2-ci cild
P. 141
Arman Salakru

Knyaginya. Bobo, baba dəli olub!
Baba. Xeyr. Mən sadəcə sağam. Amma yerə sərili qalmalıydım.
(Əllərini yelləyir.) Mən hərəkət eləyirəm, ancaq meyit olmalıydım.
Oxumağı bacarsaydım, hələ bir oxuyardım da. Siz bunu anlaya
bilməzsiniz: mənim öz meyitim nəfəs alır, göydə bir dənə də
bulud yoxdur, çiçəklərin ətri gəlir, quşlar cik-cik edir...
Knyaginya. Adolfun isə nəfəsi gəlmir?!
Baba. Doğru sözə nə deyəsən! Yazıq Adolf. Mən səmimi-
qəlbdən təəssüflənirəm. Əgər mən bu məsələni nəsə başqa cür
həll edə bilsəydim! Amma neynəmək olar, həyatımız dalanlarla
doludur, bu labirintdə hər dəfə maneələrin üstündən tullanmalı
olursan. Bax bu gün gecə mən növbəti maneənin üstündən tulla-
na bildim, Adolfunku isə gətirmədi. O, uçuruma yuvarlandı.
Onun üçün daha hər şey bitdi. O, daha tullanmayacaq.
Knyaz. Bəs meyiti hara elədiniz?
Baba. İzi-tozu da qalmadı! Günəşin bərq vuran şüalarında
əridi.
Knyaginya. Bobo, eşidirsən, günəşin bərq vuran şüalarında!
Baba. Jozef qiyamət iş görür. Onun yır-yığışından sonra bir
toz da tapa bilməzsən.
Knyaginya. Siz qızınıza, Viktora, uşaqlara, nəvələrə nə cavab
verəcəksiniz?
Baba. Mən? Heç bir cavab-filan verməyəcəyəm.
Knyaginya. Axı onlar sorğu-sual edəcəklər, siz cürbəcür
sözlər eşitməli olacaqsınız.
Baba. Mən heç kimi dinləmək fikrində deyiləm. Jozef, Jozef,
mənim polisimi çağırın.
Baba. O yatıb.
Baba. Tez onu oyadın.
Jozef. Bu gecə sizi gözləyə-gözləyə o, iki şüşə likör içdi.
Baba. Dərdə bax. Mənim onu gözləməyə vaxtım yoxdur.
Jozef bir başqa polis çağırın. Əgər lazım olsa, mənim maşınımla
onun dalınca gedin. Mən tələsirəm.

Jozef çıxır.

141
   136   137   138   139   140   141   142   143   144   145   146