Page 145 - 2-ci cild
P. 145
Arman Salakru

Knyaz. İnsanlar həmişə yaşamaq istəyirlər, amma elə ki
həyat maraqlı olmağa başlayır, onlar yatmağa, ölüncə içməyə,
yaxud Tanrıya dualar etməyə meyilli olurlar.

Viktor (əzgin halda). Mən necə də yorğunam!
Knyaz. Sizinki, həqiqətən də, gətirmir.
Viktor. Doğru sözə nə deyəsən.
Knyaz. Bax artıq iki min ildir, insanlarınkı gətirmir.
Viktor (əzgin halda). Hə!
Knyaz. Əgər əxlaqı yalnız yoxsulluğu sevən Fələstin peyğəm-
bəri təlqin edibsə, bu halda aydın məsələdir ki, Çikaqo milyardçısı
xoşbəxt ola bilməz.
Viktor. Bəlkə də, siz haqlısınız.
Knyaz. Və biz niyə axı göz yaşları vadisi adlanan bu planetdə
israrla xoşbəxtliyə nail olmaq istəyirik.
Viktor. Mən o vadidə boğulacağam.
Knyaz. Deyirlər, bu yer üzü axirət dünyasına gedən yolda,
olsa-olsa, seçim stansiyası kimi bir şeydir. Tutaq ki, lap belədir,
amma nədən axı bu stansiya bu cür cansıxıcı olmalıdır?
Viktor. Dəhşətdir!
Knyaz. Xüsusən əgər axirət dünyası yoxdursa.
Viktor. Ümumiyyətlə, mən daha heç nə istəmirəm. Xirtdəyəcən
doymuşam.
Knyaz. Bir düşünün – dövlət yeni doğulan uşağa dərhal
deyir: “Sən külsən. Və sən yenidən külə dönəcəksən”. Canın
sıxılmasın, neyləsin?
Viktor. Can elə sıxılır ki, daha bundan o yanası yoxdur.
Knyaz. Bu din var-dövlətə rişxənd edir...
Viktor. Siz belə düşünürsünüz?
Knyaz. ...uğura da, dünyada xoşbəxtlik ümidiylə yaşamağa
da.
Viktor. Mənim daha heç bir ümidim qalmayıb.
Knyaz. Rəqs etmək istəyən qızlara deyirlər ki, onların bədəni
fanidir, işgüzar adamları əmin edirlər ki, onlar ilbizdən də
betərdirlər, şən insanlara isə təlqin edirlər ki, hər şey mənasızdır.
Yaşamaq həvəsiylə ölüm qarşısında baş əyməyi gərək birləşdirəsən.
Odur ki, bizlər ziddiyyətlər arasında üzə-üzə qalmışıq, ağılsız

145
   140   141   142   143   144   145   146   147   148   149   150