Page 147 - 2-ci cild
P. 147
Arman Salakru

Knyaz. Öz-özündən savayı, kiminləsə ciddi danışmağın
mənası yoxdur.

Ortans və vikont daxil olur.

Ortans. Bir fincan şokolad iç. Knyaz, ona deyin, qoy bir
fincan şokolad içsin.

Knyaz. Bəlkə, ac deyil?
Ortans. Hətta ac olmasan da, nəsə yeməlisən.
Knyaz. Niyə?
Ortans. Yaşamaq üçün.
Knyaz. Yaşamaq üçün niyə?
Ortans. Necə yəni niyə? Əgər yaşamasan...
Knyaz. Siz haradan bilirsiniz, bəlkə, insan yaşamayanda da
nələrsə baş verir? (Çıxır.)
Ortans. Əgər o, knyaz, məhz knyaz olmasaydı və bizim
bütün ailə sirlərimizdən agah olmasaydı, mən onun öz vətəninə
qayıtmağını israr edərdim. Ya bir şey ye, ya da isti nəsə...
Vikont. Xala, yaxşısı budur, baxım görüm, Mari-Blanş nə
işlə məşğuldur.
Ortans. Düz deyirsən, onu gözdən qoyma. Bir halda ki, indi
evdə hər şey qaydasına düşüb, toyu tələsdir. Təxirə salmaq lazım
deyil, əksinə, matəmə görə toy elə bir xüsusi təmtəraqla keçməyəcək,
deməli, çox xərc də aparmayacaq. Həm də Lenuarların qızıyla
evlənəndə gərək özünü çox da gözə soxmayasan. Hamı onsuz da
bilir ki, burada pulu qoymağa yer tapmırlar.
Vikont. Mən Robek Lenuarı gördüm.
Ortans. O, üzünü qırxırdı?
Vikont. Yox. O donub-qalmışdı, məni də qorxutdu.
Ortans. Sən ona təzim etdin?
Vikont. O, cavab vermədi.
Ortans. Sən bir özünü onun yerinə qoy!
Vikont. Mən onunla danışmağa ürək eləmədim.
Ortans. Sən düzgün hərəkət etmisən.
Vikont. O, elə bir vəziyyətdə idi ki, ...necə deyim ...elə bil
əzilmişdi.

147
   142   143   144   145   146   147   148   149   150   151   152