Page 149 - 2-ci cild
P. 149
Arman Salakru

şey keçib gedəcək. Amma zavallı Lenuara göy üzü Valentinanın
ucbatından heç də cənnət kimi görünməyəcək.

Baba oğrun-oğrun daxil olur.

Baba (astadan) Şş... şş... qışqırmayın.
Ortans (dəhşət içində). Mən qışqırmıram.
Baba. Qulağın məndə olsun.
Ortans. Qulağım sizdədir.
Baba. Siz burada təksiniz?
Ortans. Təkəm... Amma mənə yaxın gəlməyin.
Baba. Siz artıq hər şeyi bilirsiniz?
Ortans. Bəli. Amma elə düşünürdüm ki, siz artıq çatmısınız.
Baba. Hara?
Ortans. Ora, yuxarı.
Baba. Yuxarı? Mən elə indicə oradan gəlirəm.
Ortans. Nə tez?
Baba. Tək darıxdım.
Ortans. Tək? Məgər orada rastınıza heç kim çıxmadı?
Baba. Heç kim.
Ortans. Heyrətamiz məsələdir.
Baba. Qulaq asın, siz Valentinayla rəfiqəydiniz?
Ortans. Hə, demək, günah Valentinadaymış... Ay səni, heyvan.
Oy! Necə bilirsiniz, o, mənim sözlərimi eşitdi?
Baba. Ortans, mən sizinlə məsləhətləşmək istərdim.
Ortans. Hər şeyi mənə danışın, maraqdan od tutub yanıram.
Siz Tanrıyla nə vaxt görüşməyi düşünürsünüz?
Baba. Mümkün qədər gec.
Ortans. Siz o qədər də hər şeyi bilməyə həvəsli deyilsiniz.
Baba. Amma əgər istəsəniz, sizin onunla görüşünüzə mane
olmaram.
Ortans. Başqaları nə qədər istəyirsə, mən də o qədər istəyirəm.
Yox, yox, mənə yaxın gəlməyin.
Baba. Siz məndən qorxursunuz?
Ortans. Bir az.

149
   144   145   146   147   148   149   150   151   152   153   154