Page 153 - 2-ci cild
P. 153
Arman Salakru

Ortans. Hələ bu da hamısı deyil. Baba hələ göyə gedib
çatmayıb.

Mari-terez. Sən haradan bilirsən?
Ortans. Mənə elə indicə özü dedi. Bəli, bəli. O, Valentinanın
yanına getməyə ürək eləmir, qəsrdə qalmağa üstünlük verir. Hər
gecə o, dəhlizdə veyil-veyil gəzəcək. Deyir, ağlı-başı yerindədir,
əyin-başı da hamı kimi, üstündə nə döşəkağı, nə zəncir...
qiyom. Xala, siz sadəcə bərk yorulmusunuz.
Ortans. Mən ona yalvardım ki, göyə qayıtsın, amma istəmir,
Valentinadan qorxur.
qiyom. Qarabasmadır.
Ortans. Mən onu sorğu-suala tutdum, amma cavab vermədi.
Lüseni də hələ görə bilməyib.
Mari-terez. Sən sadəcə havalanmısan.
qiyom. Bütün bunları yuxuda görmüsünüz.
Ortans. Əvvəla, mənim heç vaxt, heç nə yuxuma girmir,
ikincisi onu siz özünüz də görəcəksiniz.
Mari-terez. Yox, mən istəmirəm.
Ortans. Görürsünüzmü, sizin inşa etdiyiniz qəsr tarixi qəsrə
çevrilib. Burada ruh necə lazımdır, gəzib-dolanır. Bax, ruhlar da
həmişə belə doğulur. Qəsrdə cinayət törədiləndə qurban əsrlər
boyu onun içiylə gəzib-dolanır. Bütün kübar ailələrdə məhz belə
olur.
qiyom (quru səslə). Mən sizi anlamıram. Zorakı ölüm heç
də həmişə cinayət demək deyil. Mən bunu sizə bir əsgər kimi
deyirəm.
Ortans. O, mənə dedi ki, orada polislə sözləri çəp gəlib, bəs
orada polis, yadımdan çıxıb, ya girişdə, ya da çıxışda asayişə
nəzarət edir.

Adolf əlisarıqlı daxil olur.

Mari-terez (bütün bu hadisələrdən sonra ərini ilk dəfə
görür). Adolf!

153
   148   149   150   151   152   153   154   155   156   157   158