Page 155 - 2-ci cild
P. 155
Arman Salakru

qiyom. Siz nə demək istəyirsiniz?
Adolf. Sizin babanız əclafın biridir!
Mari-terez. O ölməyib?
Adolf. Mən lap axmağam. O, mənə atəş açdı, həmin güllə...
qısası, onun gülləsi buradadır. (Əlini göstərir.) Mən huşumu
itirdim, o da aradan çıxdı.
qiyom. Bəs anam mənə dedi ki...
Mari-terez. Necə, o, sənə atəş açdı?
qiyom. Axı revolver sizin əlinizdə olub.
Adolf. Mən mərhəmət göstərib istədim ki, o özü... Bundan
sonra həyatım boyu bir də heç vaxt mərhəmət göstərmərəm.
qiyom. Demək, hər şeyi təzədən başlamaq lazımdır?
Mari-terez. Onsuz da hər şey təzədən başlanır. Dərd-sərlər,
proses, sürgün.
Adolf. Məhz belə.
qiyom. Sürgünə kim yollanacaq ki?
Adolf. Dünən axşam o, tək getməliydi, bu səhər isə ikimiz
də.
Mari-terez. Mən hiddətdən boğuluram.
qiyom. Ata, necə də dəhşət!
Mari-terez. Demək, onun cürəti çatdı!
Adolf. İnsanlar təhlükə anında cürətlənirlər. İndi o, Mari-
Blanşla birlikdə aradan çıxmaq istəyir. Axı bizim qız da bizimlə
hesablaşmır.
qiyom. Əgər qaçıblarsa, mən onları haqlayacağam, yox,
əgər hələ də buradadırlarsa... Ata, siz mənə icazə verərsinizmi?
Mari-terez. Amma ağıllı hərəkət et, Qiyom.
qiyom. Mənə uğur diləyin. (Gedir.)
Mari-terez. Amma bu axı büsbütün fəlakətdir.

Viktor daxil olur.

Viktor (Adolfa). Mən elə bilirdim, siz ölmüsünüz!
Mari-terez. Sən elə güman edirsən ki, dərdimiz azalıb?
Viktor. Amma ata elə danışdı ki.

155
   150   151   152   153   154   155   156   157   158   159   160