Page 157 - 2-ci cild
P. 157
Arman Salakru

Knyaz və knyaginya səfər paltarında daxil olurlar.

Knyaginya. Viktor, işlər necədir? (Adolfu göstərir.) Bobo!
Bobo! Bir bura bax, bu əyyaşxanada ölülər dirilib, yoxsa dirilər
ölüb? Heç nə başa düşmürəm. Hər şey o lənətə gəlmiş likördəndir.
Bobo, mən yenə sərxoşam.

Knyaz (Adolfa). Biz xudahafizləşməyə gəlmişik. Sizinlə də
xudahafizləşmək üçün Viktordan xahiş etmək istəyirdim ki, məni
tabutunuza tərəf aparsın.

Adolf (quru səslə). Mən yaralanmaqla yaxamı qurtardım.
Viktor. Güllə mənim yeznəmə dəyib.
Knyaz. Siz bütün bu məsələləri duel vasitəsiylə həll etdiniz?
Adolf. Məgər bu, namus məsələsi deyildi?
Knyaginya. Demək, siz babanı o dünyaya göndərmək istəyən-
də o, kənara tullandı. Bəs indi bu qoca tullanan haradadır. Mən
getməzdən əvvəl onu qucaqlamaq istərdim.

Ortans və vikont daxil olur.

Ortans. Yol gələndə adama necə də isti olur! Amma mənim
o qocaya yazığım gəlir.

Knyaginya. Xala, siz nə demək istəyirsiniz? Hansı qocaya?
Ortans. Kəndin küresinə. O, baba barədə elə qəmgin danışırdı
ki. Eləmi, Şarl Oqüst?
Adolf. Siz kürenin yanına niyə getmişdiniz?
Ortans. Babanın vəfatı münasibətilə. Adolf, məgər sizə
demədimmi, baba öləndən sonra daha dualara inanmır. Küre
dedi ki, tez-tez belə olur. Təzə ölülər siftə-siftə özlərini çox
qürurlu aparırlar, müqəddəs Pavellə görüşə güclə razılıq verirlər.
Viktor. Siz küreyə nə dediniz ki?
Ortans. Hər şeyi, hər şeyi!
Ortans. Və küre tələb etdi ki, ruhu sakitləşdirmək, ona göy
üzünə gedən yolu göstərmək üçün dərhal ayin keçirilməli, bütün
kilsə zəngləri çalınmalıdır.
Adolf. Demək, sən bütün kəndə elan etmisən ki, o qoca...
Vikont. Axı hamı onu çox istəyirdi.

157
   152   153   154   155   156   157   158   159   160   161   162