Page 159 - 2-ci cild
P. 159
Arman Salakru

verməliyəm.” Məsələ belə oldu... (Adolfu görür.) Adolf! Siz ki
olmüşdünüz!

Mari-terez. Beləliklə, sənin vicdanından bir cinayət əskildi.
Viktor. Ata, siz, yəqin, başa düşürsünüz ki, biz hamımız
çaşıb qalmışıq.
Ortans. Necə, o, hələ də bizlərdən biridi? Məgər o, mərhum
deyil?
Vikont. Xala, ailədə hər şey bir-birinə qarışıb.
Ortans (hiddətlə). Müsyö Lenuar, mən artıq sizə ağlamışam.
Görürsünüz, mən sizin yasınızı saxlayıram?
Mari-Blanş. Mən isə atanın.
Baba. Jozef, Jozef!

Kilsə zənglərinin səsi eşidildi.

Ortans. Budur, sizin üçün təşkil olunmuş ayin başlanır.
Baba. Ayin? Nə ayin?
Ortans. Ruhunuzun rahatlıq tapması üçün.
Baba. Ortans, bu, vəhşilikdir.
Ortans. Qətiyyən. Vəhşi sizsiniz. Yuxarıda sizin şərəfinizə
bayram düzəldiblər, amma siz aşağıda öz ailənizin şərəfini
tapdalayırsınız.
Knyaginya. Baba, sevinin, insan nadir hallarda onun üçün
çalınan əcəl zənginin səsini öz qulaqlarıyla eşidir.
Baba. Jozef, Jozef! Məni gecə cidd-cəhdlə həbs eləmək
istəyən o adam hanı, niyə indi məni həbs eləmirlər? Jozef, o
polisi dart gətir, türməyə getməliyik. Mən öləndə bu zənglər belə
çalınacaq?!
Mari-terez. Həyəcanlanma, bu qorxaqlığın səni sürgünlük
elədi. Oralar kilsə zəngi hayında deyil.
Baba. Bəsdir, əl çəkin.
Knyaginya. Xala, məgər siz bütün kəndin kilsə zənglərinin
bütöv birgünlük pulunu ödəmisiniz?
Ortans. Mən müsyö Lenuarın cənnətə gedəcəyinə elə şad
idim ki... O, orada Valentinayla, Lüsenlə görüşəcəkdi. Küre dedi

159
   154   155   156   157   158   159   160   161   162   163   164