Page 163 - 2-ci cild
P. 163
Arman Salakru

Adolf (Viktora). Siz bu barədə nə düşünürsünüz?
Jozef. Bu gecə sizin ailə yalnız özünün şəxsi faciəsi barədə
düşünürdü, mənim faciəm birinin də ağlına gəlmirdi. Amma mən
hər şeyə çoxdan hazırlıq görmüşdüm. Sadəcə, Delaqall ata heç
cür ölmək bilmirdi. Nəhayət, bu gecə həkim mənə ümidverici
xəbər gətirdi.
Baba. Kilsə zənglərinin səsi niyə kəsildi? Siz onun, doğrudan
da, öldüyünə əminsiniz?
Jozef. Mən hamını xəbərdar etməliyəm ki, Lilian hələ
toyumuza razılıq verməyib. O, özünü məndən aşağı hesab edir.
Onda natamamlıq kömpleksi var, amma mən onun tərəddüdlərini
yox edə bilərəm, bir şərtlə ki, siz gərək ona cehiz verib bizi
bərabərləşdirəsiniz.
Adolf. Jozef, danışdıq, cehiz olacaq.
Jozef. Bu gərək milyon frank civarında...
Baba. Deyəsən, siz dəli olmusunuz! Milyon? Hələ üstəlik,
Lilianı da qazanacaqsınız? Ondansa mən türməyə gedərəm.
Viktor (Adolfa). Yarısını verərəm.
Adolf. Jozef, siz milyonunuzu alacaqsınız.
Mari-terez. Amma bu cehizi biz hər şey başa çatandan
sonra verəcəyik.
Viktor. Siz onu nə vaxta istəyirsiniz?
Jozef. Elə bu günə. Mən hər iki məktubu, həbs ordenini və
polisin cib kisəsini sizə verəcəyəm. Müsyö, mən hər şeyi
dəqiqləşdirməyi xoşlayıram. Sizə onu da demək istəyirəm ki,
mən bu şəhəri tərk etməli olacağam. İddiaçıların qəflətən yoxa
çıxması isə yalnız işin xeyrinə ola bilər. Beləliklə, mən işsiz
qalıram, mənim həyat yoldaşım isə işləməyimi istəyir. Təsadüfən
öyrənib bildim ki, “Lenuar” likörünün Meksika üzrə nümayəndəsi
vəzifəsi boşdur. Maaşımı on faiz artırmaqla məni bu vəzifəyə
təyin etməyinizdən şərəf duyardım.
Adolf. Siz mümkün olmayanı istəyirsiniz.
Viktor. Jozef, siz ağ eləyirsiniz.

163
   158   159   160   161   162   163   164   165   166   167   168