Page 165 - 2-ci cild
P. 165
Arman Salakru

Knyaginya. Trafalqar döyüşünü yada salmayın, həmin döyüşdə
biz məğlub olmuşuq.

Ortans. Eləmi?
Vikont. Xala məktəbi İngiltərədə bitirib.
Ortans. Bir halda ki, ayinin pulu ödənilib, qoy onu Valentina
üçün icra etsinlər.
Baba. Əla.
Ortans. Axı yazıq Valentina bütün gecəni sizi gözləyib.
Knyaginya. Bobo, bütün bu tarixçənin belə yaxşı sonluqla
bitməsi sizə dəhşətli görünmür ki? Mari-Blanş, siz nə qərara
gəldiniz?
Ortans. O, ona ərə gedəcək. Gedəcək!
Baba. Valentina həmişə deyərdi: “Nə qədər ki yaşayırsan,
ümid də yaşayır”.
Mari-Blanş. Bəli, amma baxır necə yaşayırsan!
Knyaz. Mari-Blanş, ümid ondan da pisdir.
Knyaz. Bobo, nədən susdunuz? Ailə təzədən bərpa olunur.
Mən artıq indidən sizin gələcək xoşbəxtliyinizə həsəd aparıram.

Qiyom qaçıb gəlir.

qiyom (babanın üstünə atılır). Demək, siz burdaymışsınız,
əclaf!

Baba. Jozef, xilas edin, Jozef!

Qiyom revolveri çıxarır.

Adolf. Dostum, siz dəli olmusunuz. Dərhal babadan üzr
istəyin.

Knyaginya. Jozef, o, az qala onu öldürüb sizi müflis etmişdi.
Viktor (revolveri alır). Bu oyuncağı mənə verin və qoca
babanızı öpün.
qiyom. O ölməyə bilər?
Baba. Ölməli olan artıq ölüb.

165
   160   161   162   163   164   165   166   167   168   169   170