Page 169 - 2-ci cild
P. 169
Eduardo de Filippo

BİRİNCİ PƏRDƏ

Donna Amaliya Yovinenin birinci mərtəbədəki iri, çirkli, his
basmış otağı. Səhnənin ortasında tağlı divar oyuğu görünür.
Buradakı taxta haşiyəli şüşə qapı dalana açılır. Tamaşaçıdan sol
tərəfdəki ilk pərdədə də bir qapı var. Əks tərəfdə, tamaşaçının
sağında yonulmamış taxtadan başqa bir qapı görünür. Onun
üzərində tünd-yaşıl rənglə səliqəsiz bir işarə çəkilib: “həyətə
çıxış”. Səhnənin sağ dərinliyində ələ keçən materiallardan yığılıb
düzəldilən arakəsmə burada darısqal bir hücrə əmələ gətirib. Bu
xırda, kasıb yataq otağında nazik döşək və digər əşyalar gözə
dəyir. Bunların səhnədə olması zəruridir: tamaşaçının solunda
solub göyərmiş ikiadamlıq mis çarpayı, komod, üstündə müqəd-
dəslərin heykəlcikləri, şüşə qalpaqlar olan şifoner, kobud stol və
həsir stullar. Ötən əsrin zövqlü digər mebellərini rejissor özü
seçə bilər. Amma onları elə düzməlidir ki, “məxfi qəlyanaltıxana”
saxlayan zaman böyük ailənin yaşadığı darısqallıq və şəraitsizlik
görünə bilinsin. Stolun üstündə müxtəlif ölçüdə və rəngdə bir
neçə qəhvə fincanı, onları yumaq üçün mis ləyən var.

Sübh tezdəndir. Səhnənin dərinliyində olan şüşə qapıdan
dalan və qarşıdakı evin birinci mərtəbəsində taxtayla örtülmüş
iki pəncərə görünür. Onların arasındakı balaca divar oyuğuna
dalanın mömin sakinləri Madonna del Karminenin mərmərdən
olan surətini pərçim ediblər. Surətin qarşısında balaca çıraq
asılıb.

Hadisələr müharibənin ikinci ilinin (1942-ci il) sonlarında
cərəyan edir. Mariya Rozariya səhnənin ortasındakı stolun
yanında dayanıb. Əynində ucuz don var. O, bulaşıq fincanları
yuyub yaxalayır və səliqəylə stolun üstünə düzür. Dalanda danışan
adamların uzaqdan gələn səslərindəki sözləri ayırd etmək olmur.
Amma get-gedə mübahisə qızışır, odur ki səsləri və bəzi hədələri
eşitmək mümkün olur. Hərdən Amaliya Yovinenin səsi hamının
səsini üstələyir. Mariya Rozariya sakitcə öz işini görür, elə bil

169
   164   165   166   167   168   169   170   171   172   173   174