Page 173 - 2-ci cild
P. 173
Eduardo de Filippo

Mariya Rozariya. Mən nə bilim?
Amedeo (özündə deyil). Dünən axşam mən öz payımı bilə-
bilə saxladım ki, bu səhər yeyim… (Şübhəli nəzərlərlə Cennaronun
hücrəsinə baxır.) Bəs kim yeyib? Ata, siz yemisiz?
Cennaro. Bəyəm o makaron mənimki deyildi?
Amedeo (ümidsiz halda). Demişdim ki, bu evdən baş götürüb
gedəcəm! Hə, hə… bu cür yeməklə yaşamaq olar! (Cennaroya)
Siz axı dünən axşam öz payınızı yediz?!
Cennaro (haqlı olduğuna əmin insanın tonuyla). Sən axı
məndən nə istəyirsən? Yadımda deyil. Mənim… sənin… hər kəs
vəziyyətdən bacardığı kimi çıxır!
Amedeo. Mənə çatmır… nədi, siz gecələr də yeyirsiz? Siz
məxsusi buna görə oyanırsız?
Cennaro (hirslə). Cavan oğlan, sən lap adamı bezdirirsən!
Sən nə qədər yaşamaq istəyirsən? Bəli, mən məxsusi oyanıram!
Sən bir bu gecə mənim necə ləzzətlə oyandığımı görəydin…
Məgər sən həyəcan siqnalını eşitmədin? Düz iki saat yarım
sığınacaqda oturub qalmışam. Evə qayıdıb gələndə tamam
donmuşdum… Canımı elə üşütmə tutmuşdu ki, gözümü də yuma
bilmirdim… Onda yadıma düşdü ki, orada bir az makaron qalıb.
Kimin olduğunu hardan bilim? Öz qabımda da eləydi!
Amedeo. Eləydi! Bax mən indi işə getməliyəm. Nədi, acqarına
gedim? (Dəlicəsinə.) Lənət şeytana, mənim yeməyimə əl vurmayın!
(Yumruqlarını stola vurur). İndi bu işi kimin gördüyü məlum
oldu. Mən axı başqasının yeməyinə əl vurmuram. Baxın, indi hər
şeyi çilik-çilik edəcəm!

Cennaro öz hücrəsinin pərdəsini qaldırır, köynəkdə,
aşırması yellənən və bağlanmayan şalvarda peyda olur. Onun
əlli yaşı var. Sifəti arıq, yorğun görünsə də, nurludur. Hiss olu-

nur ki, ağır keçən illər və çətinliklər onu dürüst adam kimi
formalaşdırıb.

Cennaro. Yaxşı-yaxşı, bəsdi. Nəyi çilik-çilik edəcəksən?
Mən, doğrudan da, xatırlamıram! Sən də burada lap teatr
göstərirsən!

173
   168   169   170   171   172   173   174   175   176   177   178