Page 177 - 2-ci cild
P. 177
Eduardo de Filippo

Mariya Rozariya daxil olur.

Mariya Rozariya (astanada dayanır). Qəhvə…
Amaliya (döşəyi qaldırır, döyülmüş qəhvə torbasını çıxarıb
qızına verir). Al, götür.

Mariya Rozariya götürüb getmək istəyir, amma anasının
səsinə dayanır.

Bura gəl… Başqa vaxt…

Mariya Rozariya yaxın gəlir.

(kobud tərzdə)… axşamlar gec gəlmə! (İti hərəkətlə ona bir
şapalaq ilişdirir, dərhal da dönüb öz işini görür.)

Mariya Rozariya (əliylə yanağını tutub. O, bu hərəkətdən
heç də təəccüblənməyib. Görünür, bu, onlar üçün adi bir şeydi.
Əsəbi və qətiyyətli tonla cavab verir). Mən iki rəfiqəmlə “Roma”
kinosuna baxmağa getmişdim.

Amaliya (etirazı qəbul etməyən tonla, amma həm də qüssəli
tərzdə). Nahaq getmişdin. (Sanki öz-özüylə danışır.) Hər tərəf
zülmət qaranlıqdı, sən də gecə ikiyə iyirmi beş dəqiqə işləmiş
küçədən gəlirsən… Qonşular nə deyər? Dünən axşam səsimi
çıxarmadım, çünki gec idi… Özünü adam kimi apar, yoxsa dərini
boğazından çıxararam! Get qəhvə hazırla, indilərdə müştərilər
gələcək…

Mariya Rozariya halsızdı, bir az da dilxordu. Dinməzcə
gedir.

Cennaro (peyda olur. Üst-başı hələ də qaydasında deyil,
köynəyi şalvarının içinə salınmayıb. Növbəti səhnə boyu o, ara-
kəsmənin üstündən asılan balaca güzgünün qarşısında dayanıb
üzünü qırxmaq üçün sabunlayır). Bu da qız xeylağı! Gərək bir
gözün indiki cavanların üstünda ola!

177
   172   173   174   175   176   177   178   179   180   181   182