Page 179 - 2-ci cild
P. 179
Eduardo de Filippo

Cennaro. Hə, o, doğrudan da, anasına pərəstiş eləyir.
Adelaida. Atasını da soruşdum. Dedi, o, axmağın birisidi.
Özü də sözləri necə səlis tələffüz edir. “R” hərfi onda xüsusən
yaxşı alınır… (Amaliya ilə danışmağa davam edir.)

Adelaidanın sözlərindən əsəbiləşmiş Cennaro tərs-tərs ona,
həm də, deyəsən, qonşunun sözlərindən xoşhal olan arvadına və

oğluna baxır.

Cennaro (pauzadan sonra sanki öz sözlərinin həqiqiliyinə
özü də inanmadan aramla danışır). Mən o qızcığazın fikrini
ciddi qəbul eləmirəm. Onun cəmi beşcə yaşı var… Yox bir, o da
mənim üçün avtoritet olub. (Küskün və qınayıcı tərzdə Amedeoya.)
Siz də ona hər sözü öyrədirsiz.

Amedeo. Məgər biz ona öyrədirik? Bu sözləri o özü küçədə
eşidir!

Cennaro (səbri tükənərək). Yox, sən öyrədirsən! Evdə ağzını
boş qoyursan, qız da eşidib götürür.

Amedeo. Mənmi? Əşi, siz lap havalanmısız!
Cennaro. Neynək, əgər sizə belə münasibdisə…
Amedeo. Bəli, bizə münasib olanı budu!
Cennaro. Mən sizinlə danışmaq istəmirəm…
Amedeo. Onda niyə danışırsız?
Cennaro (öz səhvini etiraf edərək). Hə, nəsə həmişə unuduram.
Adelaida (barışdırıcı tonla). Don Cenna, siz fikir verməyin…
Onun ağzı mələk ağzıdı. (O, qızı nəzərdə tutur.)
Cennaro. Amma o mələk ağızdan “iblis” kəlmələri çıxır!
Adelaida. Bu, bir şıltaqlıqdı… Qız şıltaqlıq eləmək istəyib…
O, məktəbin qapısınacan elə bir ucdan təkrarlaya-təkrarlaya
qalmışdı, lap mahnının nəqəratı kimi. Bax belə, bax, donunun
ətəyindən yapışıb (Qızın jestlərini və səsini çıxara-çıxara oxuyur.)
“Ata axmaqdı! Ata axmaqdı!”
Cennaro (hirslə). Yox, o, bu sözləri küçədən götürməyib…
Anası öyrədib…

179
   174   175   176   177   178   179   180   181   182   183   184