Page 181 - 2-ci cild
P. 181
Eduardo de Filippo

Federiko (məzə xətrinə onu bir az da qızışdırır). Bəs yaxşı,
sizcə, bu qıtlıq nədən yaranıb?

Cennaro. Qıtlıq-zad yoxdu, hər şey var – un, yağ, pendir,
paltar, ayaqqabı. (Əminliklə yekun vurur.) Bu kitab artıq oxunub!

Federiko. Biz bunu necə başa düşək?
Cennaro (üzünü sabunlamağa davam edərək). Sən çox ca-
vansan, yadında olmaz… İndi hər şey o müharibədəki kimi
təkrar olunur. Onda da heç nə tapmaq olmurdu, qiymətlər kəllə-
çarxa qalxmışdı, mallar qəhətə çıxmışdı… Səncə, müharibəni
nəyə görə düzüb-qoşurlar?
Federiko. Nəyə görə?
Cennaro. Malları gizlətmək üçün.

Hamı razılıqla gülümsəyir.

(Əlini saxlayır. Artıq həvəsə gəlib.) Bəs sabit qiymətlər? İndi
hamı üçün bu, adi haldı, eləmi? Amma sizə deyim ki, sabit
qiymətlər xalqı müflis etmək üçündü. Belə olub, həmişə də belə
olacaq. Sabit qiymətlər. Belə baxanda, adama gözəl görünür:
sabit qiymətlər. Sənə elə gəlir ki, həyatın da sabit olacaq. Amma
sən saydığını say!.. Bütün bədbəxtliklərin kökü bu sabit qiymət-
lərdədi. Çünki hökumət sabit qiymətləri tətbiq etməklə topdan
satanları da, pərakəndə satanları da yeni bicliklərə əl atmağa
sövq edir… Bax onda da belə bir fokus əmələ gəlir (Son sözləri
oğurluq təsəvvürü yaradan jestlə müşayiət olunur.): bədbəxt
istehlakçının üç yolu qalır – ya acından ölmək, ya dilənçilik
etmək, ya da türməyə düşmək…

Razılıq səsləri.

Əgər məndən asılı olsaydı, onda planım, qanun layihəm…

Yaraşıqlı Erriko və Domkrat Peppe küçədən daxil olur. Onlar
avtonəqliyyatdan istifadəyə qadağa qoyulandan sonra bekar

181
   176   177   178   179   180   181   182   183   184   185   186