Page 185 - 2-ci cild
P. 185
Eduardo de Filippo

Amaliya (bu səhnəboyu öz işiylə məşğul olub ərinin sözlərinə
fikir verməsə də, indi onu bu söhbətdən yayındırmaq üçün
müdaxilə edir). Bəsdi üzünü qırxdın, əynini gey!

Cennaro yenə üzünü sabunlayır.

Peppe. Don Cenna, maşını benzinsiz sürmək barədə necə,
bir şey ixtira etməmisiz?

Cennaro (zarafatla). Bu, artıq başqa qanun layihəsidi. Hər
avtomobilə doqquz sürücü – biri sükan arxasında, qalan səkkizi
mühərrik əvəzi.

Hamı gülür. Rikkardo küçədən daxil olur.

Rikkardo (imkanlı qulluq sahibidir. Ciddi görkəmdədir. Qara
geyinib, burnunun üstə pensne var. Əlindəki qəzetə göz gəzdirir).
Günaydın! (Astanada dayanır.)

Hamı hörmətlə onun salamını alır.

Amaliya. Gün aydın, senyor. Qəhvə bircə dəqiqədən sonra
olacaq. Təzə qəhvə için.

Rikkardo. Hə, təşəkkür edirəm… Bu gecə gözümü də
yummamışam. Nəsə, başım dəhşət ağrıyır… Arvadım sirenanı
eşidən kimi özünü itirir. Saat yarım üç uşaqla sığınacaqda
oturmuşuq. Sonra qayıdıb gəldik. Gözə yuxu gedər?! Arvadım
əsə-əsə qalmışdı, dişi-dişinə dəyirdi.

Peppe. Bəli, bu gecə mərmi yaman yağırdı…
Rikkardo (qəzeti göstərərək). Marqarita parkının yanında
iki ev, Kapodimontda da bir bina dağılıb…
Peppe (təsdiqləyərək). Tramvay deposunun yaxınlığında!

Mariya Rozariya sağ tərəfdən əlində iri qəhvədan daxil
olur. Hamı sevinir.

Amaliya (Amedeoya). Qapını bağla, içəridən keşik çək!

185
   180   181   182   183   184   185   186   187   188   189   190