Page 187 - 2-ci cild
P. 187
Eduardo de Filippo

Cennaro (hiddətlə, bir az da ikrahla ona baxaraq). Senyor,
siz də heç nə bilmirsiz? Üstəlik, qəzet də oxuyursuz!.. Adamlar
toxtaqlıq istəyir, onları sakitləşdirmək lazımdı, quruca sözlə də
olsa belə...

Rikkardo (qüssəylə, təxminən əzizləyərək). Neynək, sizi
məmnun eləmək üçün gərək bildirəm ki, daha nə mərmilər
yağacaq, nə əsgərliyə çağırış olacaq, təzədən avtomobillərin
sərbəst yola çıxmasına icazə veriləcək… Bütün bunlar hardan
mənə məlumdur?

Cennaro. Əlbəttə… Sizin əyninizdə qara kostyum var…
Rikkardo (çılğınlıqla). Nə olsun? Əgər insan qara kostyum-
dadısa, sizcə, demək, o, müharibənin nə vaxt bitəcəyini, mərmi
düşüb-düşməyəcəyini də bilməlidi, hə?
Cennaro (qəflətən hörmətini bildirərək onda xoş təsir yaratmaq
üçün). Yox… Amma siz böyük adamlarla oturub-durursuz…
Orada, idarələrdəki…
Rikkardo (öz qorxusunu gizləyərək qətiyyətli tonla). Mən
heç kimlə danışıb-eləmirəm. Mən heç nə bilmirəm.
Peppe (Errikoya). Di yaxşı… getdik… bu senyor danışmaq
istəmir… O, bizdən şübhələnir. (Rikkardoya.) Yaxşı da eləyir.
İndiki zəmanədə ağzını qıfıllasan yaxşıdı.
Adelaida. Əlbəttə. Nə işimizə qalıb? Bunun bizə dəxli yox-
du…
Peppe. Salamat qalın. Federi, gəlirsən?
Federiko. Gəlirəm. Amedeo, getdik.
Amedeo (o, elə indicə daxil olub). Qoy bir qurtum qəhvəmi
içim də!.. (Tələsik başına çəkir. Sonra hamıya.) Salamat qalın.
(Federiko və Peppe ilə söhbət eləyə-eləyə çıxır.)

Erriko dalanda dayanıb siqaret alışdırır və gözlənilməz
təhlükələrdən ehtiyat edən adam kimi ora-bura baxır.

Adelaida (xudahafizləşərək). Donna Ama, birazdan görüşərik.
Gedim o tənbəli oyadım. (Bacısı qızını nəzərdə tutur.)

187
   182   183   184   185   186   187   188   189   190   191   192