Page 183 - 2-ci cild
P. 183
Eduardo de Filippo

Cennaro. Mane olma. Mən danışıram axı.
Peppe. Don Cenna, mən hövsələsiz adamam. Acığınıza
gəlməsin, görəndə ki, kimsə uzadır, bezib gedirəm.
Cennaro. Onda get də, nə durmusan!
Erriko (Peppeyə). Qoy eşidək. Don Cenna, davam eləyin.
Cennaro. Bu məsələdə, deyim ki, illər və illər lazımdı. Sizin
vaxtınızı almamaq, Domkrat Peppeni bezdirməmək üçün çalışacam
qısa eləyim. Düzdü, mən yazıçı-zad deyiləm, siyasətdən də başım
çıxmır, amma bütün bunları mənə – vətənə inam və sədaqətlə
xidmət etmiş bir əsgərə ağır həyatım, insanların dərdi öyrədib!
İstirahət vərəqəmi hələ də saxlayıram. (Sənədi gətirib göstərmək
istəyir, amma onu “Tanrı xətrinə”, “biz sizə inanırıq”, “axı kim
sizə şəkk gətirir” mənasını verən jestlərlə saxlayırlar.) Demək…
Sabit qiymətlər… Məncə, bu qiymətlər bizlərin ziyanı, yalnız
əlində qələm tutmağı bacaran, professor rolunu oynayan, yeri
gəlmişkən, həmişə də şəxsi mənfəətini güdən insanların xeyri
üçün icad olunub. Mənəvi və maddi zərərimiz üçün… özü də
birinci mənəvi, sonra maddi gəlir… İndi izah edərəm… Sabit
qiymətlərin praktiki izahı belədi: “Əgər sən yaşaya bilmirsənsə,
əl-ayağa dolaşma, mən sənə yaşamağı öyrədərəm!” Amma bu,
doğru deyil. Ki, bəs biz, yəni xalq yaşamağı bacarmırıq… Onların
öz marağındadı ki, xalqı şüursuz, savadsız, kal kimi qələmə
versinlər… Özləri də yavaş-yavaş cilovu əllərinə alıb ağa olurlar.
Bu dəfə faşistlər professor oldular… (Qəflətən susub təşvişlə
hamıya.) Uşaqlar, çölə bir göz gəzdirin, eşidib-eləyən olsa, halım
şuluq…
Erriko. Don Cenna, işinizdə olun. Professorlar hələ yatırlar…
Cennaro. Amma onlara yaltaqlanan az deyil!
Federiko (səhnənin dərinliyinə tərəf gedib dalanı nəzərdən
keçirir və qayıdıb Cennaronu sakitləşdirir). Danışın, danışın…
Orada heç kim yoxdu…
Peppe (əsəbi halda). Nə gündə olduğumuzu göydəki də bilir.
Doğrudan da, belə davam edə bilməz!

Cennaro. Demək… biz əldə cilov yerində qalmışdıq… Ağa

da özləri olurlar… Və yavaş-yavaş sənə təlqin edirlər ki, bütün

183
   178   179   180   181   182   183   184   185   186   187   188